Daha öncədən də quş qripi, donuz qripi kimi belə pandemik, epidemioloji durumlarda insanlar adətən bir qorxuya düşürlər. Qorxuya düşdüyü zaman da qorunma yolları axtarırlar. Qorunma yollarını da adətən ya dərmanlarda görürlər, ya da qida maddələrində görürlər. Xüsusilə də vitaminlərdə görürlər. Amma immuniteti gücləndirmək o qədər də bəsit bir şey deyil.
“Bir vitamin içəcəm immunitetim güclənəcək…”
Bəlkə bir miqdar güclənə bilər, amma nə qədər qoruyacaq, qoruculuğu nə qədər olacaq? O qədər qoruyuculuq üçün o qədər vitamin içməyə dəyərmi?
Mən adətən xəstələrimə, məndən soruşan xəstə yaxınlarına və ya dost tanışlara: aktiv həyat, balanslı qidalanma… Balanslı qidalanmadan məqsəd: meyvə, tərəvəz, protein daxil, balıq, ondan sonra quru meyvələr… Hər şeydən qidalansınlar, bol maye alsınlar, əsas da adinamik olmasınlar, çox hərəkətli olsunlar, bu çox önəmlidir.
Sadəcə “şəhər əfsanəsi” kimi bir şeydir. Yəni uydurublar.
Bir ara məsələn zəncəfil tapılmırdı, sarımsaq tapılmırdı. Amma indi zəncəfili axtaran yoxdur. Yəni qısa müddətdə bir işə yaramadığı ortaya çıxdı.
Bildiyiniz kimi Covid xəstələrində “sitokin fırtınası” dediyimiz bir şey var idi.
Sitokin fırtınası nədir?
Sitokinlərin sintez edilməkdə məqsədi bizi mikroblardan qorumaqdır. Hormona bənzər maddələrdir sitokinlər.
Sitokin fırtınası da ağciyər perfuziyasını daha da pozur. Bu xəstələri qurtarmaq daha da çətin olur.
Bunu nəyə görə vurğuladım?
İmmun sistemin üzərində çox oynamaq, onu yüksəltməyə çalışmaq, o tip halların çoxalmasına səbəb ola bilir. Ona görə xüsusi heç bir şey etməmək lazımdır, yəni qorumaq üçün.
Əgər normal qidalanan, balanslı qidalanan, meyvə, tərəvəzin, quru meyvələri vaxtında yeyən…
Quru meyvələri də niyə vurğulayıram? Mikroelementlər daha çox ordan gəlir. Biz meyvə tərəvəzdən, orada da var da, amma meyvə tərəvəzdən daha çox vitaminlər alırıq, bəzi elementləri alırıq… Amma quru meyvələr daha çox.. məsələn, potassiumla, kaliumla, maqneziumla, sinklə daha zəngindirlər.
Yəni bu şəkildə bəslənən qidalanan birinə mən vitamin məsləhət görmürəm.
Tələbələrə ildə 1-2 dəfə multi-vitamin içmələrini tövsiyə edirəm. Çünki analiz verdiyi zaman çoxusunda anemiya olur, B12 əskikliyi olur. Çünki hər zaman ət yeyə bilmirlər, düzənli qidalana bilmirlər.
Yəni, biz də tələbə olmuşuq. Bəzən gün ərzində 2 dəfə yeyə bilirdik, bəzən yemək hazırlamaq istəməyib sadə hazır şeylər yeyirdik.
Yəni onlar içə bilərlər, yəni o kateqoriyada olan, düzənsiz qidalanan insanlar multi-vitamin alıb içə bilərlər.
Amma baxırsan xəstələr maqnezium içir, selen içir, sink içir, D vitamini içir. Sonra yanında bir də multi-vitamin içir ki, onların içində də yenə də sink var, selen var, maqnezium var…
Yəni belə çox doğru bir şey olduğunu düşünmürəm mən.
Qorunmaq üçün “qızıl standart” maska taxmaq və təması azaltmaq.
Əslində maskadan daha önəmlisi təmasdır. Təması və məsafəni qorumaq, əl gigiyenasına diqqət etmək, sonra da qapalı yerlərdə maska.
Açıq yerlərdə taxılması məsləhət görülür, amma məncə o sadəcə insanları alışdırmaq üçün taxdırırlar ki, artıq vərdiş halına gəlsin ki “Hə, maska taxacam, hər yerdə taxacam”.
Yoxsa açıq havada maska taxmanın, gedib bir sıxlığın içinə girmirsənsə, heç bir mənası yoxdur.