Categories
PSİXİATRYİA

Nevroloq, nevropatoloq, psixiatr, psixoterapevt və psixoloqun fərqi

Cəmiyyətdə onsuz da qarışdırılan məfhumlardan biri də bu psixiatr, psixoloq, nevroloq, nevropatoloq anlayışlarıdır. Əslində eyni şeydir amma yəni son vaxtlar nevroloq nevropatoloq… Bəzən pasiyentlər soruşur ki: “Nevropatoloqamı gedim, yoxsa nevroloqamı?” Yəni bəzən bu anlayışlar belə qarışmağa başlayır.

Mən adətən öz təlimlərimdə, seminarlarda, dərslərdə bu fərqi izah eləmək üçün belə fərqli də olsa, bədii də olsa bir diaqramdan istifadə edirəm ki, ruhi problemlərlə, psixoloji problemlərlə bağlı ilkin olaraq müraciət adətən ilk başlayır ekstrasensdən, sonra mollaya keçir, molla kömək etməsə keçir terapevtə, terapevt kömək etməsə nevroloqa keçir, nevroloq kömək etməsə, ya psixoloq, ya psixiatra.

Cəmiyyətin fərqli təbəqələri bu diaqramın hər hansısa bir yerindən başlamasında artıq onların bu məsələyə baxış bucağına görə dəyişir. Bəzi adamlar var ki, onlar fikirləşir ki, molla, ekstrasens, falçı bu bizə heç bir kömək edə bilməz, biz mütləq bir tibb sektoru mütəxəssisə müraciət etməliyik. Bəziləri birbaşa psixiatra müraciət edir. Bəziləri birbaşa nevroloqa və yaxud terapevtə müraciət edir. Amma bizim daha çox, bu sahənin peşəkarı olaraq bizim daha çox qarışdırılan məsələ, bu sahədə daha çox qarışdırılan məsələ psixiatr, nevroloq və psixoloq alnayışlarıdır ki, bunlar bir birindən tamamən fərqli anlayışlardır. Düzdür, yəni ilkin baxışda eyni işi gördüyümüz təəssüratı yarana bilər, amma  bu belə deyil.

Psixiatr və nevroloq həkimdir

Psixiatr və nevroloqlar həkimdirlər. Birinci bunları ayırmaq lazımdır psixoloqlardan. Bunlar baza tibb təhsili verən müəssisələrdən məzun olurlar və ixtisaslaşmaq üçün əvvəlki yanaşma ilə internatura təlimi alırdılar, amma müasir yanaşma ilə rezidentura təlimidir və bu rezidentura ixtisasa görə dəyişə bilir.

Xəstədə gözlə görülə bilən bir dəyişiklik yoxdursa… 

Psixiyatrla nevroloqun fərqi ondan ibarətdir ki, yəni bu kobud bir izah olacaq, amma bu belədir, əgər pasiyentdə gözlə görülən hər hansı bir dəyişiklik yoxdursa, xüsusən beynində, görüntüləmə metodlarında, filan və yaxud klinik müşahidədə burada artıq psixiyatr məşğul olmalıdır. Bir misal üzərində izah edim. Məsələn, biz kiçik bir sorğu etsək ki “Əsəbiliyi kim müalicə etməlidir?” Yəni böyük əksəriyyət bunu nevroloq… Hətta bizim özümüzə pasiyent gəlir depressiya şikayətləri ilə, amma məhz əsəbliyinə görə nevroloqa getmək istəyir. Yəni belə bir anlayış vardı, sanki əsəbiliklə mütləq nevroloq məşğul olmadır. Amma belə deyil. Yəni əgər pasiyentin görüntüləmələrində, müayinələrində gözlə görünən hər hansı bir dəyişiklik yoxdursa, burada psixiatr məşğul olmalıdır. Yox əgər pasiyent deyək ki, nə vaxtsa bir insult keçiribsə, çox kəskin başağrıları varsa, sinirləri ilə bağlı hər hansı bir problem varsa: uyuşma, gizilti, gücsüzlük, filan… Bu tip məsələlər varsa, bununla artıq nevroloqlar məşğul olmalıdır. Amma bayaq dediyim o klassik şikayətlər ki var bununla daha çox psixiatrlar məşğul olur.

Psixiatrlar “dəli həkimi” deyillər

Adətən psixiatr deyəndə ilk ağlımıza gələn xəstəliklər, bu təbii bir az də stiqmatizasiyadan doğan bir məsələdir ki, dırnaq arasında, bu sözü heç sevməsəm də amma bu belədi ki, bəzən “dəli həkimləri” deyirlər ki, hansı ki, insanların beynində bir anlayış var ki, sanki biz ancaq ağır ruhi problemlərlə işləyirik. Bu belə deyil. 

Düzdür bu da bizim peşəkar fəaliyyət sahəmizə daxildir. Şizofreniyasıdır, psixopatiyalardır, şəxsiyyət pozuntularıdır, bipolyar pozuntu dediyimiz xəstəlik var… Yəni bunlara baxırıq. Amma eyni zamanda bizim sahəyə aid olan digər problemlər də var. Hansı ki, bizim məşğul olduğumuz sahəyə: depresiya, yəni siz həyatdan zövq almırsınızsa, həyat sizə maraqsız gəlirsə, təşviş problemləri, hansı ki, beyində pis fikirlər var, həm düşünürsüz ki, “Atama nəsə ola bilər, anama nəsə ola bilər”, bir yeriniz ağrıyan kimi onu pisə yozursunuzsa ki, “Bu onkoloji bir problemdir”, “Böyük ehtimal ki, bir infarkt keçirirəm” və yaxud əllərinizi çox yuyursunuzsa, “Qapını bağladımmı, işığı söndürdümmü, qazı söndürdümmü?”, bir şey deyəndə də “Onu cüt say dedim, yoxsa işimiz yaxşı gətirməz…” Və yaxud utancaqlığın özü belə psixiatriyanın bir problemdir. Yəni deyək ki, siz kütlə qarşısında, kamera qarşısında çıxış edə bilmirsinizsə, yeni insanlarla tanış ola bilmirsinizsə… Bax bütün bunların hamısını, təkcə bu şizofreniya yox, bax bu saydığım, sadaladığım bəlkə də hər kəsin zaman zaman başına gələ biləcək məsələlərlə belə psixiatriya məşğul olur.

Psixoloqlar həkim deyillər

Gələk bölgümüzün digər tərəfinə. Məsələnin bir tərəfində də psixoloqlar dayanır ki, psixoloqlar isə həkim deyillər. Onlar baza psixologiya təhsili verən müəssisələrdən məzun olan mütəxəssislərdir və onların psixoterapiya ilə təhsili almala məşğul olmaları üçün mütləq əlavə iki illik klinik psixologiyarı vacibdir.

Psixoterapevt kimdir?

Burada sual yarana bilər: “Bəs psixoterapevt kimdir?”

Psixoterapiya ümumiyyətlə görülən işin adına deyirlər. Yenə bir insan əgər psixoterapiyanan məşğul olursa, o, psixoterapevt adlanır və psixoterapiya ilə psixiatr da məşğul ola bilər, psixoloq da psixoterapiya ilə məşğul ola bilər. Amma psixoterapiya ilə məşğul olmaq üçün yenidən özəl bir ixtisaslaşma lazımdır, yenidən özəl bir ixtisaslaşma olmalıdır ki, siz hər hansı bir psixoterapiya metoduna, texnikalarına yiyələnə bilərsiz və bu yiyələnmədən sonra artıq həm psixoloq özü, həm yenə də klinik psixoloq bunu etməlidir və psixiatr özü psixoterapevt olaraq adlandırıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir