Categories
STOMATOLOGİYA

Vinir dişlər nədir?

Vinirlər, əsasən, ön dişlərin ön səthinə – vestibulyar səthinə incə lövhəciklər şəklində hazırlanan estetik diş bərpa növüdür. 

Bir neçə növləri var: keramik vinirlər, feldspatik vinirlər, farfor vinirlər, zirkon vinirlər, kompozit vinirlər.

Biz ən çox bu gün daha estetik nəticələri olan feldspatik və keramik vinirlərdən danışacağıq. 

Feldspatik, keramik, kompozit və zirkon vinirlər

Ümumiyyətlə, vinirlərdə dişlər çox az minimal şəkildə yonulur – 0.03-0.05 millimetr şəklində. Bəzən isə onların heç yonulmağına ehtiyac olmur. Feldspatik vinirlər bu zaman istifadə olunur.

Digər növü isə keramik vinirlərdir. 

Bunlar, əsasən, müxtəlif markalı Litium Disilikat materiallarından hazırlanır. Kifayət qədər estetikliyi və şəffaflığı vardır. Ona görə də bugünkü günümüzdə ən çox bu vinirlərdən istifadə olunur.

Digər vinir növləri olan, məsələn, kompozit vinirləri biz, əsasən, müvəqqəti bərpalar üçün istifadə edirik.

Zirkon vinirlər – mənfi xüsusiyyətləri, əsasən, yapışmasının zəif olmağı və şəffaflığı… İşıq keçirməməsinə görə daha az istifadə olunur.

Vinirlər nə zaman istifadə olunur?

Vinirləri, ümumiyyətlə, nə zaman istifadə edirik?

Dişlərin formasını, rəngini və diş sırasında minimal əyrilik olduğu zaman sıranı bərpa etmək üçün istifadə edə bilirik.

Ümumiyyətlə, anadangəlmə bir sıra rəng dəyişiklikləri və sonradan qazanılmış rəng dəyişiklikləri olan pasiyentlərdə əgər diş sağlamdırsa, yəni siniri çıxmayıbsa, vinirlər daha çox məsləhət görülür.

Ön dişlərə vinir, yoxsa zirkon tətbiq edək?

Bugünkü gündə ən çox soru soruşulan suallardan biri də “Ön dişlərimizə vinirmi yoxsa  zirkonmu edək doktor?”

Burada əgər diş sağlamdırsa, əlbəttə ki, vinir olunmağı daha çox məsləhətdir. Üstünlüyü odur ki, diş çox az yonulur və yapışdırıldıqda da daha möhkəm yapışır və uzunömürlüdür.

Zirkon dişlər hazırlamaq üçün isə diş ən azından 1.5-2 mm hər tərəfdən qapaq şəklində yonulur və zirkon qapaqlar hazırlanılır. 

Burada ola bilər ki, dişin siniri də çıxarılsın və dişin sağlamlığına bir növ zərər gəlmiş olur. Ona görə ön dişlərdə, sağlam dişlərdə ən tövsiyə olunanı vinirlərdir.

Dişlərarası məsafə və ya rəngli dişlər üçün vinir 

Bundan əlavə ağız boşluğunda, dişlər arasında məsafələr olduqda buna “diastema” və ya “tremalar” deyirik, olduqda da vinirlərlə dişləri yonmadan estetik şəkildə bərpa etmək olar.

Bir sıra, məsələn, “tetrasiklin rəng dəyişikləri” deyirik, olduqda yenə də dişləri minimal yonmaqla dişlərin rəngini daha açıq tonlara gətirə bilirik. “Tetrasiklin” dişlər də – hamiləlik zamanı ananın qəbul etdiyi bəzi antibiotiklər təsir nəticəsində uşaqda dişin rəngi dəyişir və gələcəkdə də bu tündləşməyə doğru gedir. Bu zaman biz vinirlərdən istifadə edərək, dişlərin rəngini daha estetik edə bilirik, daha açıq rənglər əldə edə bilirik.

Hansı hallarda vinir istifadə olunmur?

Vinirləri nə zaman istifadə edə bilmərik?

Ciddi dərəcədə əyriliklər olduqda, diş sırası qüsurlar olduqda, dişləm pozğunluqları olduqda, “bruksizm” deyirik – dişləri qıcama olduqda və pis vərdişlər, hansı ki, dırnaq yemə, qələm sovurma və s. bu kimi bir sıra pis vərdişlər olduqda vinirlərin qoyulması əks göstərişdir.

One reply on “Vinir dişlər nədir?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.