Psoriatik artrit, revmatizmal xəstəliklərin bir növüdür. Revmatoid artrit və ankilozan spondilitdən sonra çox yayılmış revmatizmal xəstəliklərdən biridir.
Psoriaz nədir?
Hər kəsin bildiyi psoriaz dəri əlamətidir, dəri səpkiləridir. Dəridən qabarıq dirsəklərdə, dizlərdə, eyni zamanda göbək çuxuru nayihəsində, qasıq büküşü nahiyəsində görülən və bununla yanaşı olaraq saçın dəri hissəsində də görülən dəridən qabarıq töküntülərdir. Üzəri ağ mum şəklində pulcuqlarla örtülü olur. Ağrılı olur bəzən, qaşıntılı olur. O pulcuqlar töküldükdə qırmızı ləkələr də görülür.
Psoriazdan psoriatik artrit yaranır
Səbəbi digər revmatizmal xəstəliklərdə olduğu kimi məlum deyil. Amma genetik, yatqınlığı var. Birinci dərəcəli qohumlar arasında, ikinci dərəcəli qohumlar arasında geniş yayılmışdır.
İnsanlar arasında hər 100 nəfərdən 5 nəfərində psoriaz dəri xəstəliyi, psoriaz dəri xəstəliyi olan, hər 5 nəfərindən 2-də psoriatik artrit ola bilir.
Psoriatik artrit nədir?
Psoriatik artrit ən çox tutduğu oynaqlar, əl biləyi, dizlər, ayaq biləyi, əl kiçik oynaqları, bel nahiyəsində ağrılar törədir. Onurğanı tutan revmatizmal xəstəliyin bir növü olan spondiloartropati qrup xəstəliklərin bir növüdür.
Psoriatik artrit diaqnozu necə qoyulur?
Psoriatik artrit müxtəlif tiplərdə oynaq tutulumu törədə bilir. Bunlar hansıdır?
- Sırf bel ağrıları ilə müşahidə olunan tipi. Get-gedə onurğanın digər bölümlərini də tutur və iltihabi bel ağrısı törədir. Xəstələr sırf səhər yuxudan duranda bel nahiyəsində ağrıların olduğunu tərif edirlər, yarım saat beldə ağrıların olduğunu, sonra hərəkət etdikcə, idman etdikcə, iş gördükcə açıldığını söyləyirlər.
- Revmatoid artridə təqlid edən şəkli. Simmetrik olaraq əl biləkləri, əl kiçik oynaqları, dizlərdə, ayaq biləklərində ağrı, şişlik törədirlər. Hətta deformasiyaya qədər gətirib çıxara bilirlər ki, çox zaman bunu revmatoid artritlə qarışdırırlar.
- Üçüncü bir tipi. Revmatizmal xəstəliklər əlin “distal interfalangeal oyanağın” tutmaz, yəni çox böyük qismi tutmaz… Amma psoriatik artrit, “gut” dediyimiz “podaqra” dediyimiz revmatizmal xəstəlik və osteoartrit, barmağın distal interphalangeal oynağını tutur. Yəni bu 220-yə yaxından 3 dənədən biri də psoriatik artritdir ki, distal interfalangeal oynağı – barmağının uc hissəsi oynağını tuta bilir.
- Dördüncü bir tipi “mutilans” dediyimiz sümüyü əridir demək olar ki, teleskop barmağı yaradır. Sanki, barmağı dartdıqda rezin şəklində uzanır, buraxdıqda isə gedir. Sümük əriyir, amma oynaq yerindədir, dəri yerindədir. Ciddi bir şəkildə oynaq tutulumları törədir.
Tip 1, tip 2 psoriatik artrit
Psoriatik artritin özünün 2 tipi var: Tip 1, Tip 2.
1-ci tip 40-50 yaşın altında xəstələrdə dəri töküntüləri olur və 8, 9, 10 ildən sonra oynaq ağrıları şişlikləri müşahidə oluna bilir.
Tip 2-də isə heç bir zaman psoriazı olmur xəstənin. 40-50 yaşdan sonra dəri töküntüləri yaranır və onun ardınca isə qısa bir müddətdə, 1 il müddətində artıq və yaxud da 2 il müddətində artıq oynaq əlamətləri müşahidə olunur.
Daktilit
Bəzən xəstələrdə heç bir dəri töküntüsü olmadan psoriazın digər bir əlaməti olan əsas, belə deyək şah əsərlərindən biri də desək hətta – “daktilit” törədir. Ən çox 2-ci və 4-cü barmaqda görülür. Barmaq sosis şəklində, digər barmaqlara nisbətən şiş olur.
Ayaq barmaqlarında da görünə bilər. 2-ci, 3-cü, 4-cü barmaqda.
Entezit
Entezit. Entezit nədir?
Vətərlərin sümüyə birləşdiyi yerdə, ən çox axil vətərində, daban nahiyəsində ağrı görülür. Xəstələr dabanlarını yerə basa bilmirlər. Xəstədə bu əlamətlər olduqda psoriatik artrit deyə ağlımıza gələ bilir.
Psoriatik artrit xəstələri revmatoloqa nə zaman müraciət edir?
Çox zaman 100-də 70-75 faiz dəri əlamətləri olur, sonra psoriatik töküntüləri olur, az bir qismində 15-16 faizində isə heç bir dəri əlaməti olmadan oynaq əlaməti olur və irəli bir dönəmə keçdikdən sonra psoriatik dəri töküntüləri olur.
Təbii ki, bu əlamətləri, bu şikayətləri olan xəstələr çox zaman dermatoloqlar tərəfindən bizlərə yönləndirilir, amma birbaşa olaraq da revmotoloqlara müraciət edənlər olur, artrit deyə…
Məhz xəstənin özü bilmədikdə də biz müayinə etdikdə saç dibindən, göbək çuxuru ətrafından və yaxud da 1-ci, 2-ci dərəcəli qohumlarında psoriaz olduğunu bilirik və revmatoloji müdaxiləmizi edib müalicəmizi təyin edirik.