Categories
GİNEKOLOGİYA

Polikistoz, mioma və polip

Polikistoz xəstələrində problem ovulyasiya pozğunluğudur.

Bunu ilk öncə biz dərmanlarla həll etməyə çalışırıq. 

Dərmanlarla həll edilmədikdə, ikinci mərhələ, müalicəyə keçirik: Ya iynələrlə, ya da “Laparoskopik Drilling”lə. 

Bunlardan da nəticə ala bilmədikdə ən sonuncu mərhələ olan süni mayalanmaya keçirik.

Polikistoz xəstəlikləri ilə süni mayalanmada şansımız daha yüksək olur, yumurta ehtiyatımız yaxşı olduğu üçün.

Bundan başqa fibroma, polip, uşaqlıq boşluğunda bir şey olduqda… Bu embriyonu biz uşaqlıq boşluğunda yerləşdirəcəyimizə görə orada olan mioma, fibroma və yaxud polip ona mane olacağına görə… Bəzən bunlar olmasa belə… Endometriumda yapışıqlıqların, “spayka”ların olduğu aşerman sindromunda biz oraları histeroskopiya metodu ilə həll etdikdə, problem təkcə oradadırsa, süni mayalanmaya da ehtiyac yoxdur, birbaşa öz-özünə hamilə qala bilir.

Bundan başqa, təkrar edirəm, mioma, məsələn fibroma uşaqlığın əzələ təbəqəsindədirsə, bizim üçün çox problem yaratmır. Ona görə də hər mioma, fibromanı əməliyyat etmirik. Hər fibroma bizə problem yaratmır. Problem yaratdıqda da bunu laparoskopik və ya stereoskopik metodla həll edirik.

Mioma ola-ola süni mayalanma edə bilərik, ancaq miomanın yeri çox vacibdir. 

Əgər mioma uşaqlıq boşluğundadırsa, edə bilməyəcəyik. 

Çünki oraya yerləsdirdikdə o miomanın olduğu yerdə böyümə imkanı olmayacağına görə biz uşaqlıq boşluğunu örtən, tutan, orada yerləşən polip, fibroma, mioma kimi strukturları mütləq çıxarmalıyıq. 

Ancaq subseroz dediyimiz uşaqlıqdan kənarda və yaxud uşaqlığın əzələ təbəqəsində olan fibromanın ölçüsü çox böyük deyilsə, uşaqlıq boşluğunu, endometriyumu gərmirsə, oraya təzyiq göstərmirsə, onda bizim oraya müdaxilə etməyimizə ehtiyac yoxdur. 

Çox böyükdürsə, o zaman çıxarmaq lazımdır. Çünki hamilə qaldıqda o daha da böyüyüb problemlər yaradacağına görə müdaxilə edə bilərik. Ancaq adətən bizə əngəl göstərmirsə, biz çox da müdaxilə etmək istəmirik.

By Dr. Olcay Turgut

Cərrah mama-ginekoloq, süni mayalanma uzmanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir