Ümumiyətlə, endokrinoloqlara müraciət edən pasiyentlər, hansı ki, şəkərli diabetə düçar olublar, mütləq şəkildə paralel olaraq ömrünün axırına kimi androloji müayinələr və müalicələr almalıdır.
Çünki şəkərli diabetə düçar olmuş pasiyentlər vaxtında müalicə almadıqda bunlarda nə baş verir? Əksəriyyəti sərtləşmədən, ümumiyyətlə, natamam ereksiyadan əziyyət çəkirlər. Və bunlar ilk öncə bu problem başlayanda müxtəlif dərman preparatlarından istifadə edirlər, həmin sərtliyi bərpa etməyə çalışırlar və bəzən də kömək edir. Amma müəyyən müddət keçdikdən sonra həmin dərman preparatları artıq pasiyentlərə kömək etmir. Və əfsuslar olsun ki, əksər hallarda elə bir gecikmiş vəziyyətə gətirib çıxa bilər ki, hətta biz belə konservativ yolla heç bir müdaxilə edə bilmirik, heç bir müalicə sxemi qura bilmirik.
Çünki cinsiyyət orqanına gedən damarların və kövrəkliyi birinci növbədə şəkərli diabeti olan pasiyentlərdə həmin damarların sıradan çıxmasına gətirib çıxardır. Burada da “arterial və venoz çatışmamazlıq” diaqnozu biz qoyuruq. Həm cinsiyyət orqanının sərtləşməsini təmin edən qapaqların sıradan çıxması… Yəni qan axını gedir və qapaqlarda bir dirənclik olmalıdır, insanlarımız tam ereksiya vəziyyətində cinsi əlaqəyə girə bilsinlər. Və bu qapaqların sıradan çıxması və qanın süzgəc formasında geri axması, yəni penisdə qalmaması natamam ereksiyaya gətirir.
Çox təəssüflər olsun ki, qapaq çatışmamazlığı yaranmış pasiyentlərə artıq birmənalı şəkildə implantlar, protezlər biz məsləhət görürük. Amma arterial yetməməzliklə, yəni qanı cinsiyyət orqanına axan damarlarda yaranmış olan problemə vaxtında üstünə düşdükdə… Həm PRP – trambositlə zəngin olan plazmanın cinsiyyət orqanına köçürülməsi, alprostadil və digər müalicə metodlarımız var ki, hansı ki həmin müalicə metodları ilə insanlar cinsi əlaqəyə girə bilirlər.
Və bu təkcə arterial venoz yetməzlik tək şəkərlə bağlı olmur. Məsələn, cavan yaşlarda stress, ateroskleroz, həmin damarların da sıradan çıxmasına səbəb olur.
“Penil Doppler” müayinəsi vaxtı aşkarlayırıq ki, həmin pasiyentlərdə, bəli, damarların keçiriciliyində yaranmış olan problem var və bu problem öz-özlüyündə elə-belə bir problem deyil, ciddi bir xəstəlikdir. Və bunun müalicəsi də uzunmüddətli ola bilər. Bəzən illərlə, aylarla çəkə bilər.
Cinsiyyət orqanında sərtlik problemi yaşamış olan, şəkərli diabeti olan ələxsus da pasiyentlər mütləq şəkildə Penil Doppler müayinəsi olunmalıdır.
Penil Doppler müayinəsi – cinsiyyət orqanının ultrasəs müayinəsi icra olunur. Sadəcə olaraq müəyyən maddə yeridilir cinsiyyət orqanına və penis sərtlik halına gətirilməyə çalışılır və ultrasəs müayinəsi altında damarlar genişlənir və həmin qan axının sürəti hesablanır. Və buna görə də biz ona uyğun olaraq damarlarda hər hansı bir problem varsa, vaxtında müdaxilə edirik. Əgər vaxtında müdaxilə olmadıqda qeyd etdiyim kimi insanlar ciddi şəkildə cinsi zəifliklə üzləşirlər. Bəzən cinsi həyatını tam itirmiş olurlar.