Categories
REVMATOLOGİYA

Revmatizmal dərmanlar niyə uzun müddət içilir?

Revmatizmal xəstəliklər genetik keçən və səbəbi, etiologiyası məlum olmayan xəstəliklərdir. 220-yə yaxın revmatizmal xəstəliklər növü mövcuddur. Hər hansı birinin diaqnozu insana qoyuldusa, insanla sona qədər gedən bir şeydir.

Xəstələrdə belə bir sual formalaşır ki, “O zaman sona qədər mənimlə gedəcəksə, niyə uzun müddət mən dərman içməliyəm? Ümumiyyətlə, dərman içməliyəm?” deyə.

“Uzun müddət” – “Həyatının sonuna qədər dərman içəcəksən” anlamına gəlmir bu. Bəli, uzun müddət dərman içilir, amma həkim nəzarəti altında. Revmatizmal xəstəliklər tamamilə SIFIR edilməsə də, dərmanlarla 0-a yaxın uğurlar əldə etmək mümkündür. Məhz bu üzdən də xəstələr həkim nəzarəti altında revmatizmal dərmanları qəbul etməlidirlər.

Daha çox yayılan “Revmatoid Artrit” dediyimiz, əl oynaqlarında, üst və alt ətraf oynaqlarında eroziyalar yaradan, hərəkət məhdudiyyətliyi, deformasiyalar və əlilliyə qədər gətirib çıxaran bu ciddi xəstəlik… Dərmanların köməyi ilə xəstəlikdə böyük uğurlar əldə edirik. Yəni xəstəliyi remisyaya salmaq: olan bir prosesi həmin yerdə saxlamaq, irəliyə getməyinin qarşısını almaq üçün dərmanlardan istifadə edirik ki, bu dərmanlar hər kəsin bildiyi ağrıkəsici və kortizon tərkibli dərmanlar deyil.

Çox zaman xəstələr müraciət etdikdə “Doktor, mən illərdir kortizon tərkibli dərman qəbul edirəm” və yaxud da “ağrıkəsicilər, qeyri-steroid iltihab əleyhinə preparat qəbul edirəm, amma heç bir faydası yoxdur. Oynaqlarımda deformasiyalar gedir, xəstəliyim daha da irəliləyir” deyə söyləyirlər. Bu dərmanlar xəstəliyi müalicə etmir. Mən insanlara onu vurğulamaq istəyirəm.

Revmatizmal xəstəliklərdə, içində də revmatoid artrit daxil olmaqla başlıca olaraq DMART dediyimiz xəstəliyi remisya edici, xəstəliyin əlamətini yumşaldıcı, xəstələrdə prosesi tormozlayacaq, belə söyləyək, dərmanlar qəbul edilməlidir ki, bunlar da daha çox immunsuppressiv və TNF bioloji dediyimiz dərmanlardır. 

İmmunsupressiv dərmanlar da həkim nəzarəti altında qəbul olunmalıdır.

Həkim nəzarətsiz, qətiyyən, birmənalı şəkildə olmaz.

Bu bazis dərmanlar da öz effektini 2-3 aydan sonra üzə çıxardır və buna qədər də bütün dünyada olduğu kimi, bəli, kortizon tərkibli dərmanlardan istifadə edirik, ağrıkəsici dərmanlardan istifadə edirik, amma bir müddətə qədər. Əsas dərmanlar öz effektini üzə çıxardıqdan sonra artıq kortizon tərkibli dərmanların dozunu azaldırıq, kəsirik və yaxuda da “quş dozası” dediyimiz çox kiçik bir dozada təyin edə bilirik. 

Revmatoloji xəstələr “atak” keçirə bilirlər.

Xəstə, məsələn, dərmanını içdi, 6 aydır, 1 ildir heç bir şey yoxdur, oynaqları normaldır, artrit əlamətləri yoxdur, özünü yaxşı hiss edir… 

Keçirilmiş hər hansı bir soyuqlama, infeksiya, stress atakı xəstəliyin alovlanmasına səbəb ola bilir. Bu zaman həkimə müraciət etməlidirlər və həkim lazım olan dərmanların dozasını tənzimləməlidir. Və atak keçdikdən sonra dərmanların dozası yenə də nəzarətdən keçirilir və xəstələr dərmanlarını qəbul edirlər. Amma özbaşına şəkildə – “Mən yaxşıyam, artıq dərmanlarımı kəsimmi?” Təzədən xəstəliyin alovlanmasına səbəb ola bilər. 

Revmatoloji xəstəliklər digər iç orqanları da zədələyə bilir: göz, ağciyər, qaraciyər, sinir sistemi və s. 

Kortizon tərkibli dərmanları uzun müddət bazis dərman olmadan içmək irəlidə sümüklərin kövrəkləşməsinə və səbəbsiz qırılmasına qədər gətirib çıxara bilər.

Ona görə xəstələrimizə tövsiyəm odur ki, həkimlərinin nəzarəti altında olsunlar və özbaşına nə doza ayarlasınlar, nə də dərmanlarını kəssinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir