Categories
PSİXİATRYİA

Travma ilə əlaqəli psixiatrik pozuntular

Travma dediyimiz zaman, əlbəttə, burada “psixoloji travma”nı nəzərdə tuturuq. Travmanın nə olduğunu deməmişdən əvvəl “stress”in nə olduğunu deməkdə fayda var.

Stress nədir?

Stress orqanizmin homeostazını deyirlər də, tarazlığını pozan hər hansı bir faktora stress deyə bilirik. Bu, psixoloji tarazlığı pozan bir şey də ola bilər, fizioloji tarazlığı pozan bir şey də ola bilər. Bu cür streslərlə əslində daimi qarşılaşırıq və bunlar bizim normal fəaliyyətimizdə, inkişafımızda lazım olan bir şeydir. Stress əslində üstünə yükləndiyi məna qədər mənfi bir şey deyil, bizi hətta böyüdən, öyrədən, faydalı olan bir şeydir.

Bəzən bu stresin şiddəti çox ağır ola bilər. Olur ki, xəstəliklə əlaqəli bir şey olur, ailə vəziyyəti ilə əlaqəli olur. Stress bir az daha ağır ola bilər və psixoloji tarazlığımızı daha çox poza bilər. Amma bununla əlaqəli olaraq ortaya çıxan problemlərə “travma ilə əlaqəli problemlər” demirik. Bunlar daha çox “uyğunlaşma problemləri” hesab olunur.

Travma nədir?

Travma stressin xüsusi bir növüdür. Travma dediyimiz şey… Fərdin fiziki və yaxud da psixoloji bütünlüyünə çox ciddi təhlükə yarandığı vaxtlarda ortaya çıxan stresslərə deyirik travma. Buna nümunə olaraq tez-tez rast gəldiyimiz şeylər avtomobil qəzaları ola bilər. Məsəl üçün: ölümlə qarşı qarşıya qalmaq, təbii fəlakətlər, sel, zəlzələ, bunlar hamısı travma hesab olunur. Bundan başqa, müharibə, terror hadisəsi ilə qarşı-qarşıya qalmaq. Yəni bizim və yaxud da yaxınlarımızın həyati təhlükə ilə üz-üzə qalmış olması.

Bunu bir başa bizim özümüzün yaşaması da şərt deyil. Buna şahid olmaq da hadisənin sarsıdıcı tərəfi ilə üz-üzə gəlmək də travma hesab olunur.

Travmaya qarşı müxtəlif reaksiyalar olur insanlarda. Bunların birincisi kəskin reaksiyalar, yəni ilk dövrlərdə ortaya çıxan reaksiyalardır. Müxtəlif reaksiyalar görə bilərik.

Bunlardan tez-tez rastlaşdığımız, məsələn, emosional bir kütlük, sanki hissizləşmə şəklində reaksiyalar ola bilər. Bunun tam əksi də ola bilər. Yəni həddindən artıq coşma, sağa-sola vurnuxma, nə etdiyini bilməmə şəklində şişirilmiş reaksiyalar da, elə görünən daha doğrusu… “Şişirilmiş” deməyək də, elə görünən reaksiyalar da ola bilər.

Bundan başqa müvəqqəti amneziyalar, yəni yaddaşın müvəqqəti olaraq itməsi. Bu tamamilə hadisə ilə əlaqəli heç nəyi xatırlamamaq şəklində də ola bilər, hadisənin bir qismini xatırlayıb, bir qismini xatırlamamaq şəklində də ola bilər.

Bundan başqa təşviş görülə bilər, özünə qapanıqlıq görülə bilər, susqunluq görülə bilər. Bunlar kəskin dövrlərdə tez-tez rastlaşdığımız şeylərdir və əsasən, bir neçə gün ərzində əksəriyyəti öz-özünə düzəlmə meyli olan vəziyyətlərdir.

Bəzən bunlar daha uzun çəkə bilir. 1 aya qədər çəkdiyi hallarda biz buna “kəskin stress reaksiyası” deyirik. 1 aydan daha uzun çəkərsə və yaxud 1 aydan sonra ortaya çıxarsa, “travma sonrası stress pozuntusu” deyirik.

Travma sonrası stress pozuntuları

Travma sonrası stress pozuntusu və yaxud uzun çəkən stress reaksiyalarında gördüyümüz şeylər ən çox 3 sahədə olur. 

Bunlardan biri hadisəylə əlaqəli olaraq “flashback”lər, yəni geri dönüşlər… Sanki o hadisəni təkrar-təkrar yaşayırmış kimi olmaq, gözünün qabağına gəlmək, onu xatırladan bir şeydən sanki yenə o ana qayıtmaq şəklində reaksiyalar görə bilirik. Sadəcə ayıq vaxtı deyil, yuxuda, gecə yuxularımıza girmək şəklində də reaksiyalar ola bilir. Bunlar düşüncə ilə əlaqəli sahədir. 

Emosional sahədə depressiya, yəni özünə qapanmaq, keyfsizlik, istəksizlik görə bilirik. Sonra təşviş ola bilir. Durduq yerə təşvişlənmə, panik ataklar şəklində təşviş reaksiyaları ola bilir.

Bundan başqa davranışlarla əlaqəli olaraq “qaçma davranışları” dediyimiz, hadisəni xatırladan şeylərdən qaçmaq və yaxud da insanlarla söhbət eləyəndə belə bunu xatırlayırsa, insanlardan qaçmaq, özünə qapanma şəklində davranışlar görülə bilir.

Bir digər sahə isə oyancıllığın artmağı ilə əlaqəli olur. Bu insanlar həddindən artıq oyanıq olurlar. Xırda bir şeydən diksinə bilirlər, çox tez səsdən narahat ola bilirlər, təşviş, yenə dediyimiz kimi, bunlar ola bilir.

Normalda bu halların gedişatında bir çox xəstə öz-özlüyündən düzəlir. Yəni 90 faizə qədər, hətta demək olar ki, 1 il ərzində vaxt keçdikdə öz- özündən düzəlmə olur.

Amma bəzən bu 1 ili gözləyə bilmirik, çünki pasiyentlərin şikayətləri şiddətli olur və günlük həyatına mane olur. Belə olduğu zaman, təbii ki, müalicə metodlarından da istifadə edirik. Amma yüngül simptomlar olduğu zaman gözləyib öz-özünə keçməsini müşahidə eləyə bilirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir