Mövzumuz astenozoospermiyadır. Hansı ki, bugünkü gün kişi sonsuzluğundan əziyyət çəkən pasiyentlərimizin əksəriyyətinin müraciət elədiyi bir xəstəlikdir.
Astenozoospermiya diaqnozunda necə olur? Spermatozoidlərin millilitrdə sayı normal, yəni kişi cinsi hüceyrələrinin sayı normal, sadəcə olaraq hərəkətliliyində yaranmış olan problemdir.
Normal say var, amma aktiv hərəkətdə problem var. Və pasiyentlər də müraciət edirlər, söyləyirlər ki, “bu günə kimi bəs qədər dərman preparatları illərdir istifadə edirik, amma hərəkətlilik gah düzəlir, gah da əvvəlki vəziyyətinə qayıdır” və yaxud əvvəlki vəziyyətindən daha pis vəziyyətə düçar olurlar.
Kişi xəstəliyini ginekoloqlar müalicə edir
Bu tip diaqnozla androloqlardan əvvəl bu pasiyentləri ginekoloqlar görürlər və bizim də bugünkü gün ən bəlalı yerimiz budur.
Övlad yoxdursa, xanımlar müraciət edir ginekoloqa və hərəkətlilik faizində bir düşüklük gördükdə birmənalı şəkildə başlanılır antioksidant müalicəsi. Antioksidant müalicəsi polivitaminlər – məsələn, sink, selen, fol turşusu, Coenzyme Q, L Arginine, L Carnitine… Bu tip tərkibli polivitaminlər poroşok şəklində, tablet şəklində 2 ay ərzində verilir.
Və maksimal dərəcədə baxılmadan, eləmədən varikosel əməliyyatı icra olunur və (bu ayrıca bir mövzudur, onu da danışacağıq) ikinci dərəcəli varikosel varsa, varikosel əməliyyatı olunsun və bundan sonra 3 ay, 4 ay müddətində xəstəni, pasiyenti buraxırıq ümidə ki, hərəkətlilik faizi dəyişəcək, yoxsa yox?
Amma əslində bu belə deyil.
Astenozoospermiyanın səbəbləri
Astenozoospermiya diaqnozuna səbəb olan bir sıra faktorlar var: həyat tərzimizdən tutmuş, gündəlik qəbul etdiyimiz qidalardan tutmuş, alkoqol, nikotin və digər zərərli vərdişlərdən tutmuş, sosial problemlərdən tutmuş hər bir şey ayrı-ayrılıqda hərəkətlilik faizinə təsir göstərə bilər. Məsələn, bir pasiyenti hər bir əlavə təsirlərdən təcrid edib, bir sanatoriyaya yerləşdirdik və insana ailə üzvlərindən xoş sözlərdən başqa sadəcə olaraq gözəl atmosfer və lazım olan qidalar verildi, yəni normal şəkildə qidalandı. Yəni əlavə bir yük, stress heç bir şey yox və insanın öz-özünə həmin diaqnozdan, astenozoospermiya diaqnozundan normal spermaqam – hərəkətlilik və say bərpa olundu. Və bu da bunu göstərir ki, sosial problemlər və həyat tərzi insana necə, nə dərəcədə spermatogenez prosesinə təsir göstərir.
Obstruksiyalar
Amma tək bu deyil. Ən başlıca səbəblərdən biri obstruksiyalar – yəni keçiricilik pozulması hesabına bir kişi cinsi hüceyrəsinin keçdiyi yolda əmələ gələn keçiricilik pozulması hesabına yaranmış olan hərəkətlilik pozulması.
Buna səbəb kimi xroniki prostatit, vezukulit, yəni bu ayrı prostat vəzinin iltihabı xəstəlikləri, toxum kisəciklərinin iltihabı xəstəlikləri və xaya artımının (epididimit) iltihabı xəstəlikləri, yay mövsümüdür, məsələn, dənizdən çıxdıqdan sonra islanmış dəniz geyimləri ilə istirahət etdikdə, uzun müddət qaldıqda və burada yaranmış orxit – xayanın özünün iltihablaşması və xaya artımının iltihablaşması ayrı-ayrılıqda hər biri hərəkətlilik pozulmasına səbəb ola bilər.
Astenozoospermiyanın diaqnostikası
Birmənalı şəkildə bu tip diaqnozlarla birbaşa getdiyiniz yer androloqlar olmalıdır.
İlk müayinə vaxtı radioloji müayinə üstünlük təşkil edir. Paralel şəkildə mən müayinələri söyləyəcəm, amma radioloji müayinə, qızıl qaydadır: prostat, toxum kisəcikləri, bir uroloji-androloji check-up, ultrasəs müayinəsi aparılır, skrotal dopler – xayaların dopleri aparılır və bundan sonra nə yöndə işləyəcəyimiz, yəni hər hansı bir iltihabı və ya nə vaxtsa keçirilmiş olan obstruksiyaya bağlı olaraq epididemit və yaxud orxit və ya vezukulit… Bir diaqnozu var, yoxsa yoxdur?
Spermaqrammada nəyə baxılmalıdır?
Spermoqramma testinə baxdıqda və əksərən (ayrıca bir mövzu kimi spermoqramma testinin təhlilini qoyacayıq) hər kəsin əzbərlədiyi spermoqrammanın cavabında: “Aktiv hərəkət, say varsa, vəssalam, heç bir şey yoxdur…’ Amma burada nələrə diqqət etmək lazımdır?
İlk öncə iltihabın leykosit göstəricisi var, yoxsa yoxdur?
İkinci bir məsələ: Ola bilər leykosit normal göstərsin xroniki bir prosesdə, amma “aqlutinasiya” dediyimiz spermatozoidlərin sərbəst şəkildə hərəkəti yox, sadəcə o toplum şəklində hərəkət olunub, “spermaaqlutinasiya” adlanılır.
Və spermaaqlutinasiyanı yığışdırmaq üçün müəyyən bir antibiotiki kor-korana yazmaq lazım deyil.
Antibiotiklər kortəbi qəbul edilməməlidir
Qızıl qayda olaraq radioloji müayinədən sonra eykulyatın özü mütləq şəkildə getməlidir həm PCR analizinə – yəni urogenital infeksiyaların təhlilinə, həm də əkilmə dediyimiz vakvosel antibiotikə həssaslıq götürülməlidir.
Və buna uyğun olaraq hansı antibiotik həssaslıq verirsə, birbaşa olaraq həmin antibiotiklərin təyinatı aparılmalıdır ki, nəticə əldə olunsun. Bu ən birinci qaydadır.
Fizioterapiyanın əhəmiyyəti
İkinci bir məsələ, niyə bəzən əksər müalicələrdən sonra faiz düşüklüyü aşağı düşür və yaxud olduğu kimi qalır, nəticə olmur?
Olmamasına səbəb birinci növbədə həmin iltihabı prosesə doğru müalicəsinin düzgün aparılmamasıdır. Məsələn, müasir andrologiyada hər bir androloqun bir fizioterapiya şöbəsi olmalıdır. Əvvəllər, məsələn, müəllimlərimiz bizə öyrədirdi ki, hər hansı bir xroniki prosesi kəskinləşdirmək üçün dərialtı lidazalara belə qədər istifadə olunurdusa, bugünkü gün həmin xroniki prosesləri məsələn: prostat, toxum kisəciklərində yaranmış olan və yaxud xaya artımında nə vaxtsa keçirmiş olduğu iltihaba bağlı olaraq xronikləşmiş və fibrozlaşmış toxumaları yumşaltmaq və keçiriciliyi bərpa etmək üçün fizioterapiya çox önəmli bir faktordur.
Antioksidantların kortəbi istifadəsi prosesi pisləşdirir
İkinci bir məsələ bunları olmaya-olmaya biz antioksidantlardan, bayaq sadaladığım polivitamin komplekslərindən istifadə edəriksə, sadəcə olaraq iltihablaşmış prosesi bir az da kəskinləşdirərik. Yəni orada heç bir nəticə əldə etmək olmaz. Ona görə də protokolla, ardıcıllıqla əgər normal bir müalicə sxemi quracağıqsa və diaqnozu təsdiqləyəcəyiksə və diaqnozdan sonra müalicələr başlanılarsa, daha gözəl nəticələr əldə edəcəyik.