Categories
TERAPİYA

Helikobakter pilori – diaqnostikası və müalicəsi

Helikobakter pilori bizim həzm sistemimizdə, mədənin selikli qişasında yaşayan bir mikroorqanizmdir. Mədə və onikibarmaq bağırsağın xorasının yaranmasına səbəb yaradan bir amildir, orqanizmdə bizim dispepsiya yaradan bir amildir və ən əsası da mədə və onikibarmaq bağırsağın xərçənginin yaranmasında birinci sinif amillər sırasındadır. 

Bildiyimiz kimi mədə xərçəngi xərçənglər sırasında dördüncü, amma xərçəngə bağlı ölümlər sırasında isə ikinci yerdə duran amillərdən biridir.

Bu mikroorqanizmin özünü 2005-ci ildə icad edən Ourren və Marşall Nobel mükafatına layiq görülüblər.

Orqanizmdə bir çox şikayətlər yarada bilir: qıcqırma, köp, ağrılar, ürəkbulanma, çəki itirməsi, allergik hallar, qan azlığının olması, dəridə səpkilərin olması… Bu və bu kimi şikayətlər göstərə bilir. 

Helikobakter pilorinin diaqnostikası

Helikobakter pilori yaratdığı xəstəliklərin diaqnostikasında bir invaziv, bir də qeyri-invaziv metodla bunu yoxlaya bilirik.

İnvaziv metod – Polimeralı Zəncirvari Reaksiya vasitəsilə onun əkilməsi, histoloji materialın yoxlanılması və yaxud da ki, ureaz testi ilə biz helikobakter pilorini müəyyənləşdirə bilirik.

Amma qeyri-invaziv metodlar isə: seroloji müayinədir, qanda immunoqlobulinlərin yoxlanması, nəcisdə helikobakter pilori antigeninin təyini və nəfəs testidir.

Helikobakter pilorinin diaqnostikasında buraxılan səhvlər

Helikobakter pilori infeksiyasının diaqnostikasında çox zaman yanlışlıqlarımız o zaman baş verir ki, infeksiyanı aşkarlamaq üçün bir seroloji metodlardan istifadə edirik. Seroloji metod ancaq elmi araşdırmalar üçün və yaxud da ki, populyasiyada bu xəstəliyin nə qədər yayılmasını müəyyənləşdirmək üçün keçərlidir. Xəstəliyin diaqnostikası və diaqnostikadan sonraki kontrol üçün keçərli deyil.

Diaqnostika üçün qeyri-invaziv metodlar olaraq nəfəs testi və yaxud da ki həssaslığı və spesifikliyi o qədər olan nəcisdə helikobakter pilorinin antigeninin təyini.

Xəstəliyin müalicəsində apardığımız dərmanların müalicənin bitdikdən 28 gün sonra, yəni bu 28 gün müddətində pasiyet nə antibiotik, nə də proton pompasını inhibitoru qəbul etməməlidir, bundan sonra kontrol edə bilərik. Bundan tez kontrol etməmiz yalançı neqativ cavabın alınmasına səbəb olur.

Kimlər müayinə olunmalıdır?

Kimlər helikopter piloriyə görə müayinə olunmalıdır? Mədəsində və onikibarmaq bağırsağında xorası olanlar, helikobakter pilori pozitiv olub funksional dispepsiyası olanlar, birinci dərəcəli ailə üzvlərində mədə xərçəngi aşkarlananlar və bundan başqa səbəbi bilinməyən dəmir azlığı olan insanlar, trombositopenik purpurası olanlar və helikobakter pilori pozitiv olub özü helikobakter pilorinin müalicəsini tələb eləyən insanlar, pasiyentlər eradikasiya olunmalıdır.

Helikobakter pilorinin müalicəsi

Apardığımız müalicələrdə biz həmişəmi effekt ala bilirik? Yanlışlıqlarımız haradadır? 

Yanlışlıqlarımız birinci budur ki, müalicə müddətini 14 gün yox, daha qısa müddətinə 7 və yaxud da 10 gün təyin olunması. 

Və yaxud da ki, antibiotiklərə rezistentlik yoxlanmadan dörtlü yox, yəni ki, 2 Antibiotik, Proton Pompası İnhibitoru və Bismuth preparatı yox, ancaq üçlü terapiya – “Bismuth”suz terapiya apardıqda biz bu zaman müalicədən yalnız 40 faiz hallarda effekt ala bilirik. COVİD-19 pandemiyası ilə əlaqədar antibiotiklərdən geninə-boluna çox istifadə eləmişik. Ümumiyyətlə, yaşadığımız bu Qafqazlarda antibiotiklərə rezistentlik yüksək olduğunu nəzərə alaraq bizim regionda dörtlü terapiya aparılması daha uyğundur.

Növbəti bir yanlışlığımız orada olur ki, pasiyentə birinci apardığımız xətt üzrə effekt almadıqda ikincili terapiyada həmin terapiyanın təkrar olunması.

Mədə-bağırsaq sisteminin disbiyozunun müalicəsi

Müalicə zamanı mədə-bağırsaq sistemində həm helikobakter pilorinin özünün törətdiyi və həm də uzunmüddətli antibiotiklərinin qəbulu nəticəsində “mədə-bağırsaq sisteminin disbiyozu” ola bilər. Və burada da müxtəlif ştamlarda təşkil olunmuş pro və priobiotiklər istifadə etmək olar.

Xəstəlik müalicə olunandır yalnız və yalnız doğru-dürüst diaqnostika və müalicə aparılmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir