Categories
TİROİDOLOGİYA

Maqnezium çatışmazlığına bağlı xroniki yorğunluq

Qalxanabənzər vəzin ən çox rast gəlinən xəstəliklərindən birincisi “autoimmun tireoidit” dediyimiz Haşimoto xəstəliyidir. Bu xəstəliyi olan xəstələrdə bir çox şikayətlər olur. Bu şikayətlərin də yenə içərisinə baxsaq ən çox, ən rast gəlinəni yenə də yorğunluq, haqsızlıq, saç tökülməsi və sairədir.

Sadəcə burada bizə maraqlı gələn məqamlardan biri odur ki, biz onların qalxanabənzər vəzində olan hormonal problemləri düzəltdikdən də bir müddət sonra xəstə bizə təkrar müraciət etdiyi zaman bu şikayətlər, əlbəttə ki, azalır. Amma xüsusilə də xroniki yorğunluq şikayətləri tamamən keçmir davam edir. Bunun bir çox səbəbləri var. Bu gün onlardan birindən danışmaq istəyərdim mən.

Bədənimizə enerji verən mineral – Maqnezium

Bədənimizə enerji verən bəzi minerallar var. Bu minerallardan biri maqneziumdur. Bu maqnezium dediyimiz mineral bədənimizdə ən çox rast gəlinən dördüncü mineral, hüceyrə içərisində isə kaliumdan sonra ən çox görülən minerallardan biridir. Yəni ikinci çox görünən minerallardan biridir. Hansı ki, bizim günlük ona ehtiyacımız qadınlarda təxmini 350-400 mq, kişilərdə isə 400-450 mq-dır.

Gündəlik təxmini maqnezium ehtiyacı qadınlarda 350-400, kişilərdə isə 400-450 mq-dır.

Maqnezium defisiti olan haşimoto xəstələrində biz hormonal profili hər nə qədər düzəltsək də, normallaşdırsaq da ancaq bunlarda yorğunluq davam edir. Davam edən yorğunluğa biz maqneziumu yerinə qoyaraq əslində sadə bir manipulyasiya ilə düzəltmə imkanlarımız olur. 

Maqnezium çatışmazlığı çox vaxt gözdən qaçır

Adətən maqneziuma “unudulmuş kation” da deyirlər. Nəyə görə? Çünki çox vaxt biz standart analizlərimizin içərisində maqnezium istəmirik və bunun həkimlərə görə haqlı səbəbi də var. Çünki çox xəstələrimizdə kalsium kimi maqnezium da qanda normal çıxır. Çünki maqneziumu defisit olan xəstələr çox ağır xəstələr hesab olunur.

Qan analizi maqnezium defisitini göstərə bilmir

Bunun səbəbi də odur ki, bizim qanımızın plazmasında bədənimizdəki total maqneziumun cəmi 3 faizi var. O da bədənimizdəki maqnezium mübadiləsini əks elətdirmir. Onun üçün qanında maqneziumu normal olan bir çox xəstələrdə əslində ciddi bir maqnezium defisiti və ona bağlı da xroniki bir yorğunluq var.

Qan analizində maqneziumu normal olan bir çox xəstədə əslində ciddi maqnezium defisiti ola bilir.

Bu səbəbdən biz maqneziumu normanın aşağı səviyyəsində olan və ya normanın orta səviyyəsindəki kimi görünən, ancaq kliniki şikayəti olan xəstələrə maqnezium məsləhət görürük və bunun çox yaxşı effektlərini alırıq. Yəni çox yaxşı təsirlərini, “feedback”lərini görürük. Günlük onlara 300-400 milliqram maqnezium veririk.

Maqneziumun mənimsənilməsində B6 vitaminin rolu

Ancaq yenə maqnezium istifadə edəndə diqqət etməli olduğumuz bəzi nöqtələr var. Bunlardan biri də maqnezium duzları fərqli-fərqlidir, fərqli çeşidlərdədir və onlar bağırsağımızdan hamısı bizim istədiyimiz kimi sorula bilmir. 

Bunun üçün ideal maqneziumlardan biri, məsələn, maqnezium sitrat, maqnezium bisqlisinat kimi tərkiblərdir ki, bunların qana keçib hüceyrə içərisində effektiv olma ehtimalı daha yüksəkdir və bunlar hüceyrənin içərisinə keçmək üçün də çox vaxt B6 vitamininin aktiv formasına ehtiyac duyurlar ki, bu cür maqneziumları B6 vitaminin aktiv forması ilə kombinasiya edəndə biz daha yaxşı, daha effektiv bir müalicə taktikasını seçmiş oluruq.

Maqneziumu təbii yolla – qidalardan almaq olarmı?

Bitkilər maqneziumu torpaqdan alır və suya verirlər. Biz də su ilə və ya bitkilərin yaşıl yarpaqları ilə, yaşıl hissələri ilə maqnezium alırıq. Ancaq bu bitkilər hər-hansı bir kimyəvi prosesə cəlb olunan kimi, hansı bitki olmasından asılı olmayaraq öz tərkibindəki maqneziumun 80-90 faizini itirirlər.

Bizdən öncəki nəsillərin sümüklərində aparılan araşdırılmalarda görünür ki, onlar heç bir kimyəvi prosesə cəlb olunmayan qidaları daha çox istifadə etdiklərinə görə onlar demək olar ki, günlük 400-500 milliqrama yaxın maqneziumu təbiətdən ala biliblər. 

Bitkilər kimyəvi prosesə cəlb olunduqda tərkibindəki maqneziumun 80-90 faizini itirirlər.

Amma hal-hazırda biz daha çox kimyəvi prosesə cəlb olunan buğdadan tutun, digər, yaşıl yarpaqlı bitkilərə qədər biz onlardan, təəssüf ki, yetəri qədər maqnezium ala bilmirik və bu da belə ciddi defisitlərə və bu defisitə bağlı da xroniki yorğunluq kimi ciddi problemlərə gətirib çıxarır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.