Categories
DERMATOLOGİYA

Sızanaqların müalicəsi

Sızanaqlar – yeniyetməlik dövründə (oğlan və ya qız uşaqları fərq etməz) dəri yağlanmasına bağlı baş verən xəstəlikdir.

Dəri yağlanmasının səbəbi nədir? Niyə artır dəri yağlanması yeniyetmə dövründə?

Androgen testostronlara bağlı, yəni hormonal bir dəyişikliyə bağlı oğlanlarda 13-16, qızlarda 12-14 yaşlarından etibarən dəri yağlamağa başlayır və bu yağlanma ilə bərabər də sızanaqların çıxma meyilliyi artır.

Ümumiyyətlə, sızanaq təkcə yağ vəzinin yox tük dibi ilə yağ vəzinin birlikdə iltihabı xəstəliyidir. Yəni biz buna tibb dilində “pilose vase unite” xəstəliyi deyirik. 

Sızanaqların növləri

Sızanaqların fərqli-fərqli, təbii ki, növləri var. Yəni tibb dilində “akne” dediyimiz çox fərqli növləri var: çapıq qoyaraq sağalanlar var, “kistik akne” var və yaxud da “comedone akne” var. Sızanaqlar təkcə yeniyetmə dövründə deyil, hər yaşda müraciət oluna bilir. Yəni 30-40 yaşında belə müraciət oluna bilir.

Bu yaşlarda, adətən, xanımlarda daha çox görürük biz bunu. Hormonal problemlər ortaya çıxa bilir. Məsələn, qadın doğum problemləri, tiroidlə bağlı, qalxanvari vəzlə bağlı olan problemlər ortaya çıxa bilir. Bəzən dərman qəbulları, məsələn, hər hansı bir xəstəliyə bağlı steroid tərkibli dərmanları qəbul edirlərsə, onlara bağlı da akneler aktivləşə bilir.

Sızanaqlara doğru yanaşma

Bəzən cəmiyyətdə yanaşmağımız doğru olmur. “Bağırsağımda qurd var idi, ondan oldu” və yaxud da “Qaraciyərdə problem var idi, ondan oldu” və yaxud da “Hansısa qidanı yedim.” Qida ilə bağlı olan hissəsi sadəcə budur ki, şəkər indeksi yüksək olan qidalar bir az qıcıqlandıra bilir, bir artıra bilir. Ancaq qurd və ya bağırsaq və yaxud da qaraciyər yanaşması doğru bir şey deyil, yəni sızanaqların çıxmağının bir tibbi izahı vardır.

Birinci növbədə hansı tip sızanaq olduğunu, yəni təbii ki, müayinə etmək lazımdır və yanaşma da ona görə müəyyən olunur yerli müalicə ilə və yaxud da daxili müalicə ilə və yaxud da ikisi bir arada olan müalicələrlə.

Bəzən sızanaqlar sağaldıqdan sonra pasiyentin iz problemi, ləkə problemi çapıq problemləri qalır. Bunlar da təbii ki, sızanaq müalicəsi bitdikdən sonra kosmetik olan hissəsini həyata keçirmək olar. 

Sızanaqların kontrolsuz müalicəsi

Birinci növbədə pasiyentlərə tövsiyəmiz o olar ki, sızanaq müalicəsində heç vaxt kontrolsuz müalicələr etməsinlər. 

Dəfələrlə rastlaşmışıq, xəstələr sızanaqlara hormonal mazlar istifadə edirlər. Əslində çox yaxşı təsir edənləri var. Amma məsələ təsirində deyil də, əks göstərişindədir. 

Yəni istifadə etdiyiniz müddətdə çox yaxşı olur, amma istifadəni dayandıranda daha bərbad, hətta hormonal müalicələr uzun müddətli istifadə olunduğu zaman yerli olaraq bəzən immuniteti basqıladığı üçün dayandırdıqdan sonra çox bərbad bir görüntü olur. 

Hətta bakteriyal infeksiyaları aktivləşir. Xəstə hansısa bir follikulitdən və yaxud da bəzən konyunktivitə qədər apara bilir bəzən hormonal mazların istifadəsi. 

Sızanaqlarda rebound effekti

Bəzən bloqlarda da görürəm bunu, hansısa bir yazılarlada da görürəm. Bəzən xəstələr də bir-birinə tövsiyə edirlər. “Filankəs istifadə edirdi, çox yaxşı təsir etdi. Mən də bundan istifadə etdim.”

Birinci tövsiyəm qətiyyən hormonal mazlar istifadə olunmasın. Çünki sonradan biz bunu – “rebound effekti” deyirik buna tibbi dildə, yəni daha da pisləşəndə artıq müalicə etmək də çox çətin olur və aylar alır. Çox uzun müddət, bəzən illər belə ala bilir o dərəcədə şiddətli bir sızanağa çevrilir artıq. 

Yəni müalicə edirsiz yaxşı olur, bir müddət fasilə verəndə daha da pisləşir və yaxud da yenidən qayıdır əvvəlki vəziyyətinə… 

Yeniyetməlik dövründə “Keçib gedəcək” yanaşması

Bəzən yalnış fikirlər formalaşır yeniyetmə dövründə “keçib gedəcək” kimi bir təbirlər var. Əslində bəziləri sağalır, amma məsələ burasında deyil. Sonradan estetik olaraq iz qoyduğu üçün bunlar artıq bir kompleksə çevrilir. Ən çox da xanımlar arasında, təbii ki.

Sızanaqları hansısa bir təmizləmə yolu ilə və yaxud da hazırlamalar yolu ilə müalicə etməyə çalışırlar. Bunların içərisində doğru olanları da var, bəziləri… Razıyam onlarla. Ancaq bəzən çox kontrolsuz müalicələr olduğu üçün və sonradan bunun əziyyətini hər pasiyent çəkir, həm uzunmüddətli müalicə etməyə çalışan həkim də çəkir.

Sızanaqların müalicəsi uzun zaman tələb edir

Müalicələrinin başlanğıcında bəzən xəstələrə izah edirik. Çünki sızanaq müalicəsi uzun zaman tələb edən bir müalicədir.Müalicələrinin başlanğıcında bəzən xəstələrə izah edirik. Əgər şiddətlidirsə, daha çox zaman tələb edir. 

Bu müddət ərzində sızanaqlarda artmalar, sızanaqların daha da pisləşmələri ola bilir, bəzən dərmanların yan təsirləri ola bilir. Bunları öncədən pasiyentə başa salmaq lazımdır. 

Çünki məhz məsələn, bəzən xəstəyə müalicə yazırsan, izah etmirsən tutalım, hansısa bir dərmanın və ya gelin yan təsiri ola biləcəyini. Bir 10 gün sonra dərmanın yan təsiri və ya  gelin və ya mazın, kremin yan təsiri olduğunu görür, müalicəni yarımçıq saxlayır “Mənə pis təsir etdi” deyə. O həkimin yanına ya getmir, ya telefonla danışsa da tətmin olmur. Yenidən müalicəsi yarımcıq qalmış olur, yenidən köhnə üsullara əl atmış olurlar. 

Xəstələr müxtəlif üsullara müraciət edirlər

Bəzən qan yuma, qan dəyişdirmə, yəni “plazmaferez” belə etdirənlər olur. Yəni “Hər şeyini yoxlatmışıq, heç bir şeyi yoxdur” deyən. Bəzən gəlirlər, nələr eləmişik deyən pasiyentlərdə baxırıq, məsələn, olunan şeylər çox qəribə şeylər olur pasiyentlərə, məsələn, plazmaferez, bağırsaqları təmizləmə, öd yollarının yuyulması, nə bilim nələr, nələr… Yəni fərqli-fərqli şey tətbiq olunur, amma sızanaq müalicəsinə uyğun olmayan şeylər.

Sızanaqların doğru müalicəsi necə olmalıdır?

Başlıca olaraq sızanaq müalicəsi bu cür başlamalıdır: 

  • sızanaq çıxıbsa, birinci növbədə də həkiminə müraciət olunmalıdır, 
  • sızanağın növü müəyyən olunmalıdır (hansı tipdir) və 
  • onun müalicə metodları, 
  • sağaldıqdan sonra qalacaq estetik qüsurlar barədə xəstə bilgiləndirilməlidir, hansı izlər çapıqlar qala bilər deyə və 
  • sızanağın növünü xəstəyə izah etdikdən sonra artıq xəstənin özümüz də əmin olduqdan sonra məlumatı olduğuna növbəti mərhələdə müalicəsinə keçə bilirik.

Sızanaqlar çıxmağa davam edərkən izləri aradan qaldırmağa çalışılır

Müəyyən bir ardıcıllıq var. Yəni birinci sızanaq müalicəsində əsas məqsəd odur ki, sızanaq çıxmağının qarşısını almaq. Yəni sızanaq çıxmağının qarşısını aldıqdan sonra estetik olaraq hansısa prosedurlar eləmək olar…

Bəzən sızanaqlar müalicə olunmadan onların izləri, çapıqları müalicə olunmağa çalışılır. Burada yanlış olan hissə budur ki, sızanaq çıxmağa davam edir, yəni biz olan izləri sağaldırıq, ancaq sızanaq çıxmağa davam etdiyi üçün yenidən izlər qalmaq… Yəni xəstə bir ömür o əziyyəti çəkmiş olur. 

Amma uzun, məşəqqətli bir yol olsa da, sızanaqların uzunmüddətli müalicə ilə həm çıxmağının qarşısı alınır, yəni bir 80-90 faiz… Çünki bəzən sızanaqlar tək tük çıxa bilir, hormonal problemlər fonunda çıxa bilir, yenə də… Həm də sonradan izlərin, ləkələrin aparılması üçün prosedurlar etmək mümkündür.

Yetkinlik dövrü sızanaqlarında hormonal problem ola bilər

Ən böyük tövsiyəm xanımlaradır ki, əgər müəyyən bir yaşdan sonra, xüsusilə, 20-25 yaşdan, ən çoxda 25 yaşından sonra, ailəli olmuşdur və ya subay fərq etməz sızanaq çıxmağa başlayır, bir hormonal problem araşdırmağa dəyər. 

Məsələn, yenə vurğulayıram, analıq halı pozulmaları ola bilər və yaxud da hansısa bir qalxanvari vəzlə bağlı hormonal problem ola bilər, məsələn, sızanaqla bərabər saç tökülməsi ola bilər, pasiyentlərin tüklənməsi ola bilər. Yəni bunlar gözardı edilməməlidir. 

Hətta və hətta endokrinoloqla məsləhətləşilməlidir ehtiyac olduğu zaman, hormonal problemlər düşünülürsə. Və kompleks şəkildə həm sistemik olaraq – yəni daxili müalicələrlə sızanağa yarada biləcək, ortaya çıxara biləcək və ya artıra biləcək səbəbləri müalicə etməklə, həm də yerli olaraq sızanaqları sağaltmaqla, yəni gözəl nəticələr əldə etmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir