Categories
PSİXİATRYİA

Narkotik maddədən asılılıq

Maddə istifadəsi ona ziyan vurmağa başladığı zaman, eyni zamanda işini, həyatını, ev həyatını, çevrəsini və maddi və ya mənəvi olaraq ona ziyan vurduğu zaman və ondan ayrı qala bilmədiyi zaman, eyni zamanda narkotik maddə təsirində çox vaxt keçirdiyi zaman müalicəyə başlamalıdır.

Asılılıq diaqnozu necə qoyulur?

O, insanda bir il ərzində ən azından bir ay müddətində eyni narkotik maddə və ya fərqli bir narkotik maddənin də istifadəsi, gedərək artan miqdarlarda istifadə etməsi, eyni zamanda istifadə etmədiyi zaman “yoksunluk” dediyimiz çəkinmə simptomlarının olması, eyni zamanda istifadə etdiyi narkotik maddənin fiziki sağlamlığına ziyan vurmağı, eyni zamanda iş həyatı olsun, ailə həyatı olsun ona ziyan vurduğu zaman, bu saydığım kriteriyalardan ən az 2 dənəsi olduğunda asılılıq diaqnozu qoyulur.

Təbii tərkibli olması ziyansız olduğu mənasına gəlmir

Eyni zamanda narkotik maddələrinin bitki tərkibli olmağı və ya kimyəvi – laboratoriyada hazırlanmağı, bədənə verdiyi ziyan baxımından bir fərqi yoxdur. Təbiətdə çox zərərli bitkilər var. “Nəşə” dediyimiz bitki də bunlardan biridir. İçərisindəki “tetrahydrocannabinoid” dediyimiz molekul – əslində onu laboratoriya şəraitində də əldə edə bilirik. Eyni zamanda təbiətdə mövcuddur. Ancaq bu maddə beyinə ciddi ziyanlar vuraraq şəxsin ruhi və psixoloji tarazlığını pozur.

Kimyəvi molekullara baxdığımız zaman, kimyəvi molekulların daha tez bir zamanda beynə ziyan vurduğu və eyni zamanda psixologiyanı pozduğu, bu bilinir.

Asılı xəstələrin təqibi

Asılı olan bir insanın, öncəliklə bir professional komanda tərəfindən təqib edilməsi lazımdır. Həkim, psixoloq, tibb bacısı, bir komanda tərəfindən təqib edilməlidir.

Bu xəstələrdə ilk başda bədəni bu maddədən arındırmaq gərəkdir. Yəni maddənin vücuddan atılmasını təmin etməliyik. Çünki bunu etmədiyikdə xəstə, eyni zamanda həm “çəkinmə” simptomları yaşayacaq, eyni zamanda həm “istək” yaşayacaq və təbii ki, yenə maddə istifadəsinə davam edəcəkdir.

Asılı xəstələrdə müalicə

Əslində asılılıqda müalicə xəstəyə görədir, xəstənin o andakı vəziyyətinə görədir, xəstənin simptomlarına görədir. Əgər xəstənin ağır bir asılılıq problemi varsa, təbii ki, bunu xəstəxanada yataraq müalicə etməyimiz daha doğrudur.

Asılılıq dediyimiz xəstəlik sağalan, amma düzəlməyən bir xəstəlikdir. Ömür boyu gedən bir xəstəlikdir. Buradakı məqsədimiz narkotik maddələrdən və ya alkoqoldan uzaq qalmağıdır. Uzaq qaldığı müddətcə hər hansı bir problem yaşamır xəstələrimiz. Ancaq bu müalicə müddəti ən azından bir il olmalıdır. Bir il həkim kontrolunda olmalıdır xəstə.

Bir ildən sonra xəstələri altı ayda bir, ən azından üç ilə qədər müayinə etməliyik.

Asılı xəstələrin ailələri necə davranmalıdır

Başlanğıcda çox nigaranlıq, eyni zamanda utanc hissi oyandırır bu ailələrdə. Çünki ailələrin uşaqlarına verdiyi dəyər, əmək bir anda heçə getmiş olur fikirləşirlər. O məqsədlə ailələr içə qapanma, depressiya, eyni zamanda nigaranlıq yaşayırlar. Onun həm sağlamlığı ilə əlaqəli, həm də utanc duyduqları üçün bu şəkildə davranırlar. Daha çox xəstəyə öyüd-nəsihət vermək, və ya xəstəni tənqid etmək, eyni zamanda aqressiyalar olur. Bunlar tamamilə yanlışdır. 

Hər kəsin bu şəkildə bir asılılığı ola bilər. Çünki bütün insanların asılılıq yaranma potensialı var. Yəni heç kəs deyə bilməz “Mən asılı olmaram.” 

Bunun bir xəstəlik olduğunu və eyni zamanda müalicə edilməli olan bir xəstəlik olduğunu bilməlidirlər və professionallar tərəfindən dəyərləndirilməyə verilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir