Dünya üzərində koronavirus peyvəndləri çox sual yaradan, hər kəsin mütləq soruşmaq istədiyi məqamlar olan bir mövzudur. Bir az da qismən yeni və qismən mürəkkəb bir mövzudur.
Təsnifatını belə apara bilərik. Dünyada aktiv istifadə olunan koronavirus peyvəndləri 3 fərqli texnologiya ilə istehsal olunur.
Ənənəvi peyvəndlər
Bunlardan biri illərdir hamımızın uşaqlıqda olduğumuz peyvəndlərin istehsal texnologiyasıdır. Yəni bir virusu götürüb onu zəiflədirsiniz, arta bilməyəcək vəziyyətə gətirib insanın bədəninə yeridirsiniz və ya o virusun bir parçasını insan bədəninə yeridirsiniz. Bu köhnə texnologiyadır. Dünyada illərdir tətbiq olunan, viral peyvəndlərin əksəriyyəti bu texnologiya ilədir.
Bu səbəbdən bilinən bir texnologiyadır, təhlükəsizdir. Orada, o virusla birlikdə, yalnız ölü bir virus və ya zəifləmiş bir virus deyil, həm də bu peyvəndə adyuvant maddə dediyimiz bir maddə əlavə edilir. Adyuvant maddənin əlavə edilməsində məqsəd bu virusun bədəndə yaratdığı immuniteti daha da artırmaq, daha da güclü bir immunitet təmin etmək, immuniteti stimullaşdırmaqdır. Bu səbəbdən köhnə vaksinlərdə istifadə edilən texnologiyadakı adyuvantlar ortaqdır. İllərdir hər yerdə istifadə olunan adyuvantlardır. Bu texnologiya ilə istehsal olunan peyvəndlər bizim “Kitayski” dediyimiz, Çində istehsal olunan peyvəndlər, bu köhnə texnologiya ilə istehsal olunmuşdur. Birincisi budur.
Viral vektor peyvəndləri
Digər texnologiya – “viral vektor peyvəndləri” dediyimiz texnologiyadır. Burada, koronavirusun zülallarını istehsal edəcək, koronavirusun müəyyən hissələrini bədəndə istehsal edən başqa bir virus bədənə verilir. “Viral vektor” adlandırılmasının səbəbi budur. Bu, adətən, “adenovirus” adlandırdığımız insan sağlamlığına zərərli olmayan bir virus olur. Adətən, yüngül soyuqdəyməyə səbəb olan və ölümcül olmayan bir virusdur.
Bu virus bir az daha zəiflədilir və bədənə verilir. Bədənə verildikdən sonra bu virus öz zülallarını istehsal etmir. Genetik quruluşu dəyişdirildiyi üçün koronavirus zülalları istehsal edir və bu yolla bədənimiz immunitetimiz həm adenovirusu, həm də koronavirus zülallarını təmizləyərkən koronavirusa qarşı immunitet yaranır. Viral vektor texnologiyası dediyimiz budur. Bu, ikinci texnologiyadır.
Hal-hazırda dünyada tətbiq olunan AstraZeneca peyvəndi, AstraZeneca olaraq bilinən peyvənd və Rusiyada istehsal olunan Sputnik peyvəndi bu texnologiya ilə istehsal olunan peyvəndlərdir.
mRNA texnologiyası
Üçüncü texnologiya tamamilə yeni bir texnologiyadır. Dünyada indiyə qədər bu texnologiya ilə istehsal olunan peyvəndlər hələ çox deyil. Texnologiya da tamamilə yenidir, son 10-15 ilindir.
Burada edilən virusun zəiflədilmiş bir halı və ya bir virusun zülalı deyil, birbaşa virusun öz zülallarını kodlaşdırmaq üçün, yəni istehsal etmək üçün istifadə etdiyi “messenger RNA” dediyimiz bir molekul var. Bu mRNA əslində bir protein şablonudur, bir zülal şablonudur. Virus o şablona baxaraq zülal istehsal edir, o şablona uyğun olaraq. Bu şablonu birbaşa insan bədəninə yeridirsiniz. Bu şablon insan bədən hüceyrələri tərəfindən hüceyrəyə daxil edilir və bu şablona uyğun bir zülal istehsal olunur. Lakin həmin istehsal olunan zülallar insan bədəninin lazım olan zülalları deyil, insan bədəninin və ya insan zülalları deyil. Onlar əslində virusa lazım olan zülallardır. Ancaq burada virusun başqa bir genetik materialı olmadığı üçün bu virusun ancaq zülalları istehsal olunur, özü isə istehsal oluna bilməz.
Bu səbəbdən də immun sistem, immunitet həm bu verilən mRNA-nı təmizləyir, yad bir cisim olduğu üçün, həm də o messenger RNA şablonu ilə istehsal olunan zülalları da təmizləyir. Bunları təmizləyərkən də bu zülallara qarşı immunitet qazanmış olur. Beləliklə də, bu virusa qarşı, o mRNA şablonunu istifadə edən virus hansıdırsa, ki bu vurulan koronavirusdur – o virusa qarşı bədəndə immunitet yaranmış olur.
Bu tamamilə yeni bir texnologiyadır və genetik materialın bu qədər saflaşdırılması çox uzun illər çəkdi. Ona görə yeni bir texnologiyadır.
Vurulduqdan sonra bədənə hər hansı bir virus və s. verilmir, dediyim kimi, sadəcə virusun bir hissəsi verirsiniz və immunitet yaradırsınız. Yaranan immunitet çox spesifikdir, yəni virusa qarşı çox məxsusi və adətən çox güclü olur.
COVID-19 Peyvəndlərin müqayisəsi
Ancaq əlbəttə ki, bu peyvəndlərdə belə bir problem var…
Peyvəndləri bir-birləri ilə bir az müqayisə edək istəyirsiniz: Hansının nə üstünlüyü, nə mənfi cəhəti var?
mRNA peyvəndlərinin ən böyük üstünlüyü çox güclü, həqiqətən, güclü bir immunitet yaradır.
Ancaq sual altında olan bir tərəfi var.
Demişdik ki, digəri – Çin peyvəndi köhnə texnologiyadır. Biz o texnalogiyanı 50 ildir ki, istifadə edirik. Yəni 50 il əvvəl peyvənd olunmuş insanlar hazırda aramızda yaşayırlar və bu 50 il ərzində “Bunların yan təsirləri nələrdir, sonradan ortaya çıxan problemləri nələrdir?” – hamısını çox yaxşı bilirik.
Bu yeni texnologiyada bunları hələ ki, bilmirik. Çünki dünyada 50 ildir mRNA texnologiyası ilə istehsal olunan peyvənd vurulub hələ də yaşayan bir insan yoxdur. Çünki texnologiya yenidir, yeni başlamış bir şeydir. Bundan 5 il, 10 il sonra necə olacağını bilmirik. Ancaq teorik olaraq baxdıqda, olduqca təhlükəsiz görünür.
Belədə də son olaraq, il başlayandan təxminən 1 ay əvvələ qədər bu peyvəndlə vaksinasiyaya başlayan ölkələr var. Oradakı yan təsirlərini görə bilirik. İndiyə qədər, görə bildiyimiz qədər çox ciddi bir problem yoxdur.
Belə baxanda yaranan immunitetin güclü olduğu və təsirinin köhnə texnologiyalı peyvəndlərə nisbətən daha uzun müddət davam etdiyi deyilir. Bunu görəcəyik. Yəni, üstündən illər keçib sübut olunmuş bir şey deyil. Lakin ortaq fikir belədir ki, təsiri Çin peyvəndlərindən və vektor peyvəndlərindən daha çox sürəcək.
Allergiyası olanlar COVID-19 peyvəndi oluna bilərmi?
Əlbətdə, peyvənd qərarını verəndə bizdən soruşurlar “Mənim allergiyam var, hansı peyvəndən olunum?” Allergiya heç bir peyvənd üçün əks göstəriş deyil. Peyvəndlərin hamısını etdirə bilərsiniz. Bir şeyə qarşı allergiyanız olması, peyvəndə qarşı da allergiyanız olacaq demək deyil.
Allergiya dediyimiz anlayış çox genişdir, çox mürəkkəbdir. İnsan öz anasının südünə qarşı belə allergiyası ola bilir. Bunun heç bir zəmanəti yoxdur.
Hər növ dərman qəbul edərkən, hər hansı peyvəndi edərkən bu riski qəbul edərək peyvəndi və ya dərmanı alırsınız.
Bəzi ölkələrdə, xüsusilə də, ABŞ-da bu viral peyvənddən bu günə qədər təxminən 70-80 milyon doza edildi və baxdığımız zaman yan təsirlərdə ciddi, qorxu yaradacaq bir hal yoxdur. Hətta olduqca təhlükəsiz görünür.
Siz 70-80 milyon insana ən çox istifadə olunan baş ağrısı dərmanı parasetamolu verərsənizsə, bu 70-80 milyon insandan daha çoxun fərqli-fərqli reaksiyalara səbəb olacaq. Bəlkə bəzilərini öldürəcək. Yəni buna baxaraq – “70 milyon insandan bu qədərində problemə səbəb oldu” deyə parasetamol qəbul etməkdən imtina edirsinizmi? Xeyr!
Eyni məntiqlə peyvənd olunmağa da davam edəcəyik. Çünki bu xəstəlikdən özümüzü qorumaq üçün başqa vasitəmiz yoxdur. Və bu heç bir yerə getməyəcək, illərlə bizimlə birlikdə olacaq. Və bu peyvəndə bu şəkildə davam etməliyik.
Dünya viral vektor peyvəndlərinə daha ehtiyatla yanaşır
Bütün dünyada viral vektor peyvəndləri haqqında bütün dünyada ehtiyatla yanaşma var. Yəni AstraZeneca və Sputnik peyvəndlərinə. Bu da, orada aparılan araşdırmalar və gündəlik dərman istifadəsi zamanı yaranan mövcud problemlər səbəbiylə meydana gələn bir fikirdir. Mən də bu fikirə qoşuluram. Bu 3 peyvənd qrupunda ən çox ehtiyatla yanaşdığım viral vektor peyvəndidir. Yəni Oksford – AstraZeneca peyvəndi və Rusiya Sputnik peyvəndi. Bir az diqqətli yanaşma tələb edən peyvəndlərdir.
Dünyada peyvənd almalara baxdıqda, peyvənd alan ölkələr tərəfindən ən az üstünlük verilən peyvəndlər əslində bunlardır. Ona görə də bir insan olaraq prioritetiniz “Biz bir neçə dəfə daha peyvənd oluna bilərik, problem yoxdur, təki təhlükəsiz olsun” deyirsinizsə, Çin peyvəndi təhlükəsizdir. Lakin effektivliyi bir az aşağıdır. Böyük ehtimal bir neçə dəfə daha peyvənd vurdurmalı olacaqsınız.
Mutasiyalara qarşı COVID-19 peyvəndlərinin qoruyuculuğu
Bir də mutasiyalar var… Çin peyvəndinin mutasiyalara qarşı effektivliyi digər peyvəndlərdən bir qədər azdır. Ancaq BioNTech peyvəndi, yəni Pfizer-BioNTech peyvəndi mutasiyalar barədə performansı da daha yaxşıdır, yaratdığı immunitet də daha güclüdür. Bu baxımdan əgər xəstədə, yaşlı bir xəstədə sürətli bir şəkildə güclü bir immunitetə ehtiyacımız varsa, BioNTech seçməliyik.
Xəstə 18-20 yaşında, çoxalan hüceyrələr bədəndə daha çoxdursa və təhlükəsizlik ön plandadırsa, Çin peyvəndi ön planda qəbul edilə bilər.
COVID keçirənlər peyvənd olunmalıdırmı?
Buradakı əsas başlanğıc nöqtəmiz budur: Biz bu gün yoluxduğumuz COVID Virusunun mutasiya olunmuş formasına 1-2 ay ərzində yoluxa bilmərik. Çünki mutasiyalar vaxt tələb edən şeylərdir. Bu gün “Mən bu virusu keçirdim, getdim, 15 gün sonra mutant versiyası ilə yoluxdum.” Bu mümkündür? Texniki ola bilər. Mümkündür, amma çox çətindir. Ona görə xəstəlik keçirdikdən dərhal sonra virusla, virusun mutasiya olunmuş fərqli bir forması ilə yoluxma ehtimalı çox azdır. Eyni versiya ilə qarşılaşsanız, onsuz da heç xəstələnməyəcəksiniz. Artıq immunitetimiz vardır. Mutasiyaya uğramış versiyası ilə qarşılaşma ehtimalınız da dediyim kimi vaxt tələb edir. Ona görə də COVID keçirib, ardından dərhal peyvənd olunmaq kimi yanaşmamız yoxdur.
Xəstəlikdən qazanılan antitellər zamanla azalır və mutasiyalara qarşı qorumur
Ancaq onu da bilirik ki, virusa yoluxma ilə bədəndə yaralanan antitellər, qandakı antitellər, zamanla azalan şeylərdir. Ona görə də xəstələnib sağalmış olsaq belə peyvənd olunmalıyıq.
Burada “Mənim antitelim 1500, 2000, 2500, niyə peyvənd olunmalıdır?” tərzdə suallar olur. Bu antitellər, antitel səviyyələri yalnız sizin keçirdiyiniz koronavirus növü üçün qoruyucudur. Dünyada əgər o koronavirus növünün heç vaxt dəyişməyəcəyini bilsəydik, deyərdik ki, “Bundan sonra heç peyvənd olunma, buna ehtiyac yoxdur”. Ancaq bu virus özünü dəyişdirir. Dəyişdikdə də, major – genetik quruluşunu böyük ölçüdə dəyişdirmə qabiliyyətinə malikdir. Genetik xüsusiyyətlərini böyük ölçüdə dəyişdirdikdə qarşılaşdığınız virus sizin bədəninizdə immuniteti olan virus deyil, başqa biri olur o virus. Bu səbəbdən immunitetiniz ona qarşı bir şey ifadə etmir. 1500, 2000, 2500 olan antitelləriniz sizi qorumur. Buna görə COVID-19 keçirsəniz belə ona qarşı peyvənd olunmalısınız.