Categories
PSİXİATRYİA

Metamfetamin – “patı” asılılığı

Əslində “patı” dediyimiz şey metamfetamindir. Metamfetamin laboratoriyada hazırlanan bir molekuldur. Bu molekul stimullaşdırıcı olaraq bilinir. Yəni stimullaşdırıcı dediyimiz şey əslində qıcıqlandırıcıdır. Normalda daha əvvəlki stimulantlardan kokain var idi. Kokain, kofein..

Bunlar stimulantlar idi. Amma metamfetamin də ortaya çıxdıqdan sonra… Metamfetamin eyni zamanda təsiri digər maddələrdən çox-çox, qat-qat yüksəkdir. 

Metamfetaminin psixi sağlamlığa təsiri

Metamfetamin istifadə edən asılı xəstələrdə “psixoz” dediyimiz narkotik maddəyə bağlı psixi sağlamlığın pozulması – “şizofreniya” dediyimiz xəstəliyə yol açır. Eyni zamanda depressiya, qayğı pozulması, obsessiya xəstəliyi… Bir sürü psixiatrik xəstəliklərin hamısını ortaya çıxara bilir, metamfetamin istifadə edən insanlarda. Eyni zamanda infeksiya və ölümlərə səbəb ola bilir.

Adətən, ucuz olur narkotik maddələr. Çünki daha çox insanın istifadə etməsi üçün və onların bu maddələrə asılı olmağını təmin etmək üçün. O məqsədlə qiymətləri ucuz saxlanılır. 

Narkotik asılılığı müalicəsi: Məhrumiyyət və bal ayı

Ancaq bu xəstələrin müalicəsi dediyim kimi bir narkoloq tərəfindən dəyərləndirilməsi, eyni zamanda bir psixoloq tərəfindən dəyərləndirilməsi, ortaq bir qərar alınaraq həm dərman müalicəsi, eyni zamanda bədəndən atılmasını təmin etmək lazımdır. 

Daha sonra əgər metamfetamin istifadə edən şəxsdə psixi bir zədələnmə varsa da, o istiqamətdə də müalicə olmalıdır. Bunları etmədikdə xəstələr intihara cəhd edirlər. Özünə və ya başqasına ziyan vurmaq cəhdləri olur. 

Asılı xəstələrin müalicə müddətinə baxdıqda ilk bir ay məhrumiyyət dövrü olur bu xəstələrdə. Bu dövrü medikal dərmanlarla müalicə edirik.

Daha sonra xəstələrdə bir özünəgüvən ayı olur. “Bal ayı” dediyimiz bir period olur. “Mən bundan istifadə etmirəm. Artıq qurtardım. Mən əslində asılı deyiləm.”

İfrat özünəinam və “tələ ayı”

Daha sonrakı 3 ayda isə xəstələr “tələ” dediyimiz “tələ ayına” keçirlər. Burada ifrat bir özünəinam, özlərinə olan güvənin artması bu xəstələrdə təkrar maddə istifadəsinə yol aça bilir. 

Bu ilk 6 ayı aşan, ilk 6 ayı maddə istifadə etmədən keçən xəstələr daha əvvəl maddə istifadə etdiyi üçün və beyninin və xarakterinin olsun, psixologiyasının olsun, ziyan görən xəstələr tamamən düzəlir, əslində. Tamamən normal, maddə istifadə etməmişdən qabaq necə idisə, bu adam eyni şəxsi xarakterinə çatır.

Narkotik maddə asılılığı sağala bilən xəstəlikdir

Ancaq ondan sonrakı 6 ayı da bu müalicəni düzgün bir şəkildə tamamlayan xəstələr, təbii ki, təkrardan maddə istifadə etmə ehtimalı çox az olur.

Asılılıq sağalan, ancaq düzəlməyən xəstəlikdir. Asılılığın müalicəsi var. Ailələr bu yöndə ümidsiz olmasın. Asılılığın müalicəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.