Categories
ANDROLOGİYA

Oğlan övladımızı necə böyüdək ki, gələcəkdə problemlə üzləşməsin?

Kriptorxizmlə doğulan uşaqlar mütləq şəkildə həddi buluğa çatana qədər androloqların nəzarətində olmalıdır. Fərq etməz, yalançı kriptorxizm və ya tam kriptorxizm.

Kriptorxizm dedikdə, xayaların qasıq kanalında və qarın boşluğunda izlənməsi, yəni xayalıqda izlənməməsi nəzərdə tutulur. İkincili cinsi əlamətlər formalaşana kimi, ilk spermoqramma testi uşaqlardan götürənə qədər bu uşaqlar ciddi şəkildə müalicə olunmadırlar.

Bəzən kriptorxizmdə cərrahi əməliyyat 2-3 yaşında icra olunduqdan sonra valideynlər və həkimlər işlərini bitmiş sayırlar. Bu tip əməliyyatlar biz birmənalı şəkildə həmişə söyləmişik ki, uroloq, androloq tərəfindən icra olunmalıdır. Çünki həmin əməliyyatlardan sonra iş bitmiş sayılmır. 

Uşaqlar olub ki, 3 yaşında əməliyyat olunub, 15 yaşına artıq uşaq çatıb. 2 yaşında, 3 yaşında icra olunanda valideyn işini bitmiş sayır, amma 12-15 yaşında uşaqlar müraciət edirlər: xayalar hələ 2 yaşa uyğun olaraq inkişafdan qalıb.

2, 3, 4, 5… Bu yaş hədlərində uşaqlara lazımı müalicələr tətbiq olunmadıqda yaş ötdükdən sonra artıq cinsi yetişkinlik dövründən sonra verəcəyimiz müalicələrimizin heç bir mənası qalmır və insanlar artıq gələcəkdə ciddi şəkildə “azospermiya” və ümumiyyətlə, spermatogenez prosesinin getməməsindən əziyyət çəkirlər. 

İkinci bir məsələ də, qulaqdibi – “svinka” dediyimiz xəstəliklər… Artıq orada hətta 17, 18, 19 yaşında uşaqlar, cavanlarımız da bununla üzləşirsə, birinci getdikləri yer LOR həkimləri – otorinolarinqoloqlardır ki, hansı ki, iltihabı götürmək və bu tip müalicələr üstünlük təşkil edir.

Amma birmənalı şəkildə bu xəstəliyə düçar olan uşaqlar elə həmən vaxtdan xayalıqda qan dövranın bərpası və lazım olan dərman preparatları androloqlar tərəfindən verilməlidir.

Çünki həmin parotit virusu keçirmiş uşaqlar da ciddi şəkildə azospermiya, yəni ümumiyyətlə, hüceyrənin olmamasından əziyyət çəkirlər.

Və üçüncü bir xəstəlik götürək psixiatrik bir xəstəliklə doğulan uşaqlar və uzunmüddətli kiçik yaşlarından psixotrop dərman preparatlarının istifadəsinə məcbur olan uşaqlar. Yəni bu 2, 5 yaşında, 10 yaşında uşaqlarımız… Valideynlər fikirləşmirlər ki, gələcəkdə 20-25 yaşında nəsil törətmə qabiliyyətində problem çıxa bilər. Hal-hazırki, vəziyyəti üçün lazım olan bütün müalicələri icra olunur. Amma vaxt gəlib çatır ki, həmin uşaqlar ciddi şəkildə həm cinsi zəifliklə, həm də sonsuzluqla üzləşirlər.

Paralel olaraq nevroloji – sinir sistemi xəstəliklərindən əziyyət çəkən uşaqlar və yüksək dozada antidepressantlar, digər nevroloji preparatlar istifadə olunan uşaqlarda da eyni ilə həmin problemlə üzləşə bilərlər.

Üçüncü ən vacib məsələlərdən biri qidalanma rasionunun ifrat dərəcədə pozulması, həddindən artıq uşaq yaşlarında kalorili yeməklərlə qidalanması, artıq çəki.

Artıq çəki və bu uşaqlarda artıq piyin əmələ gəlməsi və xayaların qarın boşluğunda və piy kütləsi içərisində boğulması. Yəni inkişaf getmir. 

Xayalıqdakı hərarət bədən hərarətindən aşağı bir hərarətdir. Bu da kişi cinsi hüceyrələrin həm yaşamasına, həm də yaranmasına hesablanmış bir hərarətdir. 

Xayalıq qarın boşluğunda və yaxud qasıq piyində gizləndikdə həmin hərarət isti yerdə qalır və ciddi şəkildə bu uşaqlarda bir hormonal transformasiya baş verir, yəni testesteronun estradiola transformasiyası… Yəni bir kişi hormonunun qadın harmonuna çevrilməsi baş verir. Və bu da uşaqlarda həm istəksizlik, həm də ümumiyyətlə bədən formasının dəyişməsi və ciddi şəkildə gələcəkdə bu uşaqlar azospermiya ilə, ümumiyyətlə, hüceyrələrin olmaması xəstəliyi ilə üzləşirlər.

Əgər hər hansı bir qüsurla doğulan uşaqlar varsa, əgər belə bir vizual olaraq cinsiyyət orqanın ölçüsünə, xayaların ölçüsünə analarımız baxırlar uşaqların. Amma mentalitet olaraq bizdə belə bir baryer müəyyən vaxtdan sonra, yaş həddindən sonra yaranır ki, hansı ki, ata-oğlan arasında bir baryer yaranır, yəni bir utanc hissi olur.

Və belə uşaqlara ciddi nəzarət etməyəndə gələcəkdə bu uşaqlar evlənirlər, amma xəbəri yoxdur ki, uşaqda mikropenis və yaxud xayalar inkişafdan qalıb…

Hormonal dəyişkənlik, follikul stimullaşdırıcı, rüteinləşdirici və digər qadın hormonu deyək, bunların qanda miqdarının artması ciddi şəkildə bu uşaqların qüsurla həyatlarını davam etməsinə gətirib çıxardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir