Categories
FİZİKİ TƏBABƏT VƏ REABİLİTASİYA

Sümük əriməsi – osteoporoz nədir?

Xəstə bizə gəlir, məsələn, əlində rentgeni var. Deyir ki, bəs: “Sümüklərimdə məndə ağrılar var və s. və s. Məndə osteoporoz varmı?” 

Belə olanda yəni bir neçə sual ortaya girir. Nədir bunlardan başlıcası? 

Burada xəstənin yaşı önəm kəsb edir. 

Xəstənin menopauzaya girib girməməsi vacibdir. Bəzi xəstələr olur ki, erkən menopauzaya girirlər. 

Ailə hekayəsinin varlığı nədir? Yəni ailə hekayəsində əsasən xəstənin anasında və ya xalalarında erkən yaşda menopauza hekayəsi varsa və ya qırıq hekayəsi varsa, osteoporoza bağlı qırıq varsa, o zaman bu xəstə osteoporoz cəhətindən riskli qrupa girir, qadın xəstə.

İkincisi – yaşlanmaq özü elə başlı başına osteoporoz səbəblərindən biridir.

Üçüncüsü də – xəstənin özündə osteoporoza bağlı qırıq olması.

Osteoporoz diaqnozu necə qoyulur?

Bunun üçün, adətən, elədiyimiz ən başlıca şey “Dual X-Ray” dediyimiz “Dual X-Ray Absorption” bir testir, radiologiya şöbəsində çəkilir. “Dual X-Ray”də bəlli vahidlər var, o dəyərlərdə “osteopeniya”“osteoporoz” diaqnozu qoyuruq. 

Dual X-Ray çox vacib bir testdir. Niyə? Sadəcə xəstəliyin diaqnozunu qoymaqda deyil, hansı müalicə növünü tətbiq edəcəyik və bu müalicə növünün təqibində də önəmlidir. 

Yəni xəstəyə müalicəni veririk, deyək tətbiq etdik həftəlik, aylıq və ya illik preparatlar, amma ildə bir dəfə və ya 6 aydan bir medikal müalicənin şəklinə görə Dual X-Ray xəstələrdən istəyəcəyik. Yəni “deksa” dediyimiz, Azərbaycanımızda da “sümük densitometriyası” dediyimiz testi xəstələrdən istəməliyik. 

Müalicəyə başlamadan əvvəl sadəcə sümük densitometriyası deyil, bununla yanaşı bəlli qan analizləri var hansı ki, vitaminlər, minerallar və bəzi hormon testləri onları elətdiririk ki, qərar verək ki, xəstəyə hansı müalicə növünü başlayaq, necə başlayacaq, necə təqib edək.

Birincili və ikincili osteoporoz nədir?

Xəstə, adətən, dediyim kimi 50 yaşın üstündədirsə… Və niyə 50 yaş deyirik? Adətən, menopauzanı o yaşda gözləyirik., Menopauza niyə bizim üçün vacibdir? Çünki qadınlar menopauzaya girəndən sonra, estrogen hormonu bədəndən kəsildikdən sonra sümüklərdə ərimə başlayır. Onun üçün yəni əlamətlərdən ən başlıcası qadının menopauzaya girməyidir. Bu, primer osteoporoz səbəbidir. 

Bir də təbii ki, sekunder osteroz səbəbləri var ki, hansı ki, daha çox revmatoloji xəstəliklər və ya endokrinoloji xəstəliklərlə bərabər bəzi dərman preparatlarının istifadəsi, bunların da başlıcası kortizon və ya steroid istifadəsidir. Steroid və kortizon istifadəsi ən çox qarşılaşdığımız sekunder osteoporoz səbəblərindən biridir. 

Osteoporozun artmasına əngəl olmalıyıq

Bunlar olduğu zaman da xəstələrdən yenə sümükdən densitometriyası, yəni deksa istəməliyik. Olunan test də Dual X-Ray, yəni sümük densitometriyası “lomber vertebra” ilə “femur”a baxır. Bizim üçün də ən çox patoloji qırıqlardan biri də elə oralarda görürük. Çünki irəli yaşlarda çökmə fraktorları, çökmə qırıqları görürük onurğada və çanaq sümüyündə qırıqları olur. Bu da irəri yaş osteoporoza bağlı… 

Sadəcə osteoporoz deyil, yəni yaş irələdikcə osteoporozla bərabər xəstənin yıxılma riski də artır, Yıxıldığı zaman insanlar bu çökmə qırıqları olur və ya yıxılmadan da və ya travmasız da ola bilir. Onun üçün osteoporozun bu qədər irəliləməsinə əngəl olmalıyıq. 

Osteoporozun artmasının qarşısını necə almaq olar?

Yəni buna əngəl necə ola bilərik? Bir ən başlıca qidalanma və həyatımıza idman hərəkətlərini – egzersizi daxil etmək. Qidalanma şəkli də nədir? Yəni süd məhsulları… Niyə süd məhsulları? Çünki kalsium və D vitamindən zəngin qidalanmağımız lazımdır. Yəni əslinə baxsanız osteoporoz demək, yəni sümük sağlığının sağlam olmağı deməkdir. “Sümük sağlamlığı” deyəndə sadəcə sümük deyil də bütün “insan sağlamlığı” deməkdir. Yəni bunu ancaq 50 yaş və sonrasına və irəli yaşa saxlamaq deyil də bir ömür qidalanmamıza diqqət eləməliyik, idman hərəkətləri ilə əzələləmizi və sümüyümüzü gücləndirməliyik ki, irəlilədikcə sümükdə osteoporoz və bənzəri problemlər ortaya çıxmasın.

Osteoporozun müalicəsi

Müalicə metodunu seçəndə ən başlıca silahımız yenə sümük densitometriyasıdır. Sümük densitometriyasını edirik və xəstənin osteoporoza bağlı patoloji qırığı varmı? Deyək ki, potoloji sümük densitometriyasında osteoporoz diaqnozu qoyuruq, amma patoloji qırığı yoxdursa, daha ayda bir və ya həftədə bir olan dərman preparatları ilə başlayırıq… “Bifosfanat” dediyimiz dərmanlar var, onlarla başlayırıq, sonra xəstəni təqib edirik. İldə bir dəfə yenə “deksa”sını istəyirik və yenə qan analizlərini istəyirik. “Bifosfonat”larla, yəni “antirezorptiv” dediyimiz dərman qrupu ilə bərabər kalsium və D vitamini əksikliyi varsa, onları da xəstəyə veririk ki, verdiyimiz müalicə daha nəticəsini yaxşı göstərsin. Bunun təqibin də dediyim kimi ildə bir dəfə, adətən, yenə sümük desitometriyası çəkdirərək təqiblərimizi sürdürürük.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir