Categories
HEPATOLOGİYA

Qaraciyərin toksik və dərman zədələnmələri

Ümumiyyətlə, qaraciyər orqanizmdə bir filter rolunu oynayır. 500-ə yaxın funksiyası var. Bu funksiyaların biri də qaraciyərdə zərərləşdirilmə funksiyasıdır.

Biz 1 ildir artıq bu COVID infeksiyasını da geridə qoymuşuq. İnsanlarımız ötən 10 ay müddətində gərəkli-gərəksiz, həkim göstərişi ilə və yaxud da bilavasitə özləri alıb orqanizmin immun qabiliyyətini artırmaq üçün və yaxud da ki, COVID-lə xəstələnmiş xəstələrimizin həkim tərəfindən təyinatları vasitəsi ilə çox saylı dərman vasitələri qəbul etmişlər. 

Çox saylı bu vasitələrin qəbulu bizim qaraciyərimizə təsir edərək öz rolunu göstərə bilir və dərmanlar tərəfindən zədələnmiş qaraciyərin dərman zədələnməsi adlanır.

Bu zaman bizdə hansı əlamətlər ola bilir?

İlk olaraq qaraciyər enzimlərində Alanin Aminotransferaza (ALAT), Aspargin Aminotransferaza (AsAT), Qələvi Fosfortaza (ALP), Qamma Qlütamil Transferaza (QQT) kimi fermentlərdə artış ola bilir, Bilirubin fraksiyalarında artış ola bilir və qaraciyərin digər sintetik fəaliyyətinin də pozulması nəticəsində orqanizmdə laxtalanma faktorlarının da dəyişməsi özünü göstərə bilir.

Dünya statistikasına baxarıqsa, qaraciyər zədələnmələri arasında ilk yeri tutan dərman zədələnmələridir.

Nədən?

Çünki Avropa və Amerika Birləşmiş Ştatlarından fərqli olaraq ölkəmizdə antibiotiklər daxil olmaqla, bir çox dərman preparatları əczaxanalardan reseptsiz satılır və insanlar özləri bu dərmanı alaraq istifadə edirlər.

Daha çox isə bu dərmanlar içərisində Asit Amilofen, Aspirin və Amoksisilin klavunat. Yəni antibiotikdə və qızdırmasalıcı preparatlarda qaraciyər zədələnməsi ola bilər.

Statistikaya baxsaq, 100 mindən 1 adamda və yaxud da ki, 100 mindən 20 adamda qaraciyərin dərman zədələnməsi ola bilər.

Üstəgəl son dönəmlər dəbdə olan, insanların bədən şəkilləndirməsi, qəbizliyin aradan götürülməsi və yaxud da ki, arıqlama üçün istifadə olunan ot tərkibli bioloji aktiv əlavələr də qaraciyər zədələnməsi yaradır.

Hal-hazırda min dörd yüzə yaxın bioloji aktiv əlavə var ki, qaraciyərdə zədələnmə yarada bilir. Ona görə də dərman vasitəsi olmasa da belə bioloji aktiv əlavələrin də həkim göstərişi olmadan, yəni peşakarın tövsiyəsi olmadan özbaşına qəbulu tövsiyə olunmur.

COVID-19 pandemiyası dövründə insanlar, demək olar ki, çox saylı makro/mikro elementlər, bioloji aktiv əlavələr və həm də vitaminlər qəbul eləyir.

İnsanlarımızda belə bir təsəvvür var ki, çoxkomponentli, çox sayıda və daha çox vitamin qəbul edərəmsə, bu mənim immun sistemimin yüksəlməsinə səbəb ola bilir. Bu, yanlış fikirdir. Nədən?

Çünki belə bir deyim var da, “Yoxla və müalicə elə”. Yoxlanmadan özbaşına olaraq çox saylı vitaminlərin qəbulu arzu olunan bir şey deyil.

Nədən?

Çünki mən öz praktikamda bir pasiyentdə, 56 yaşlı bir xanımda vitamin D hipervitaminozu mən gördüm. Yəni çox böyük təsirli, 300 min təsir vahidli vitamin D-nin inyeksiyası olmuşdu xanıma. Ürəyində problemlər yarandı, öd kisəsində və böyrəklərində mikrolitlər və daş əmələ gələ bildi.

Tövsiyəm odur ki, özbaşına, gərəksiz, peşəkarın tövsiyəsi olmadan heç bir makro/mikro element və vitaminlərin qəbulu tövsiyə deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir