Categories
TİROİDOLOGİYA

Qalxanabənzər vəz xəstəlikləri niyə çoxalıb?

Dünya modernləşdikcə təbii olaraq stress də artır. Stress artdıqca bəzi xəstəliklər digər xəstəliklərə nisbətən daha çox artmağa başlayır.

Bunlardan biri də qalxanabənzər vəz xəstəlikləridir. 

Düzdür, tibbdə müayinə metodları da hər gün daha inkişaf edir, bəzi xəstəliklərin erkən diaqnozunu qoymaq çox rahat olur. Ancaq bununla yanaşı xəstəliklərin sayı, ağırlığı da artmağa başlayır. Bunlar bir həkim olaraq bizi də çox düşündürür. 

Konkret qalxanabənzər vəz xəstəliklərin hər növündə ciddi bir artış var. Hansı ki, bu, son 50 ildə bu artış daha çox özünü göstərir, bütün dünya statistikasında bizim diqqətimizi çəkməyə başlayır.

“Bizim genetikamız 50 il ərzində çox ciddi bir dəyişikliyə uğramadı, başqa şeylər çox ciddi bir şəkildə dəyişmədi. Amma nə üçün qalxanabənzər vəz xəstəlikləri bu qədər artdı?”

deyə biz də öz-özümüzə tez-tez suallar veririk. 

Bunun əsas səbəblərindən biri ətraf mühit və stressdir. Nə baş verir bu zaman?

Qalxanabənzər vəzin gündəlik istifadə eləməyi üçün lazım olan bəzi maddələr var ki, onlar qalxanabənzər vəzin işi üçün dəvəzolunmazdırlar. Bunlardan ən başlıcası, ən başda gələni yod, selen, sink, vitamin E, vitamin D kimi maddələrdir. Bu cür minerallara, bu cür maddələrə bizim tələbatımız stress olanda daha çox artır. Bunun artmağı da qalxanabənzər vəzin bu cür mineralları ifadə etməsini təbii olaraq azaldır. Çünki başqa hüceyrələrimiz də bu maddələrdən istifadə etməyə başlayır.

İkinci bir səbəb isə qalxanabənzər vəz üçün önəmli olan mineral maddələrin bədənimizə daxil olmasına əngəl olan başqa şeylərin insan vücudu ilə təması oldu. Bunlara ən sadə misallardan biri: xloru, bromu və başqa maddələri göstərə bilərik.

Məsələn, xlor üzərindən düşünsək… Hal-hazırda antiseptika məqsədi ilə sular xlorlaşdırılır təbii olaraq və bu xlor yodla rəqabətə girir. Və biz əslində qidalarımızda, duzda, başqa maddələrlə yodu istədiyimiz qədər qəbul eləsək belə, bunlar yodla rəqabətə girdiklərinə görə həmin qəbul elədiyimiz yod gedib hədəf orqanlara, hədəf hüceyrələrdə yetərli qədər mənimsələnilə bilmir. 

Bu da bir çox fəsadlarla birlikdə həmçinin qalxanabənzər vəzdə müxtəlif xəstəliklər əmələ gətirir. Hansı ki, bu sonra bizə kliniki olaraq xəstəlik şəklində geri dönür. 

Həyatımızda, xüsusi ilə də şəhər həyatında biz suda xlorla qarşılaşırıq, yeməklərdə bromla qarşılaşırıq, təmir olunmuş evdə başqa toksik maddələrlə və s. qarşılaşdıqca həmin maddələr təbii olaraq bizim bədənimiz üçün lazım olan faydalı mineralları, faydalı vitaminləri mənimsəmə qabiliyyətimizi azaldır. Və bu da o cür xəstəliklərin meydana çıxmağına səbəb olur.

Hal-hazırda xroniki xəstəliklər hər il o qədər sürətlə artır ki, ən böyük dövlətlər, hökumətlər belə bu qədər çox xroniki xəstəliklərin müalicəsi ilə məşğul olacaq həm maddi güc, həm potensial, həm həkim tapma işlərində çətinlik çəkirlər.

O zaman belə bir sual meydana gəlir:

“Bunu biz necə profilaktika edə bilərik?”

Çünkü hər-hansı bir xəstəliyi xəstəlik əmələ gəldikdən sonra müalicə etmək daha çətindir, nəinki onun önünü almaq. Yəni o xəstəlikdən insanları, populyasiyanı qorumaq.

Burda da qalxanabənzər vəz xəstəliklərindən necə qoruna bilərik? Necə bir həyat yaşaya bilərik ki, ömrümüzün sonuna qədər qalxanabənzər vəz xəstəliyindən əziyyət çəkməyək, metabolizmamız, maddələr mübadiləmiz normal getsin?

O zaman əsas diqqət edəcəyimiz faktorlar qalxanabənzər vəz üçün lazım olan mineralları, lazım olan vitaminləri doğru bir şəkildə qəbul etməkdir.

İkincisi, qalxanabənzər vəzin işləməsi üçün zərərli olan maddələrdən də maksimal şəkildə uzaq qalmaqdır.

Faydalı olanları mən deyim, sonrasını gələcəkdə zərərli olanlar haqqında da bir dəfə danışarıq.

Başda yod gəlir. 

Günlük bir insanın 150 mikroqram yoda ehtiyacı var. Hamilələrdə bu bir az da artır. Uşaqların boy inkişafından tutun, zehni inkişafına qədər yod çox önəmli bir əhəmiyyət kəsb edir. 

Bəlkə həcm, miqdar olaraq miqdarı az ola bilər, amma bədənimizdə göstərdiyi fəaliyyət həddindən artıq çoxdur. 

Onun üçün qalxanabənzər vəzi normal işləyən insanlar belə bədənlərindəki yod miqdarını ölçdürərək, əgər əksik çıxarsa, günlük müəyyən bir miqdar yod qəbul eləməyini tövsiyə eləyərəm.

Qidalardan yodu necə qəbul edə bilərik?

Yodla zəngin məhsullar daha çox dəniz məhsullarıdır: balıq, dəniz yosunu kimi dəniz məhsullarıdır. Hansı ölkələr ki, okeanların, dənizlərin sahilindədir və onların qida mədəniyyətində bu cür məhsulları çox istifadə eləmə alışqanlığı var, təbii ki, onlar dənizdən yetəri qədər yod alırlar. Amma onun xaricindəki insanlar, təəssüf ki, nə dənizdən, nə istifadə etdiyimiz yodlaşdırılmış duzlardan yetəri qədər yod ala bilmirlər.

Ən sadə misal yodlaşdırılmış duzlar, fabrikdən ta evimizə gələnə qədər… Yod ucucu bir maddə olduğuna görə, təbii ki, öz tərkiblərini itirirlər, azaldıllar və nəticədə yeməyinizdə nə qədər o duzu istifadə edirik və o duzdan nə qədər yod alırıq bu dəqiq ölçülə bilmir. Və çox vaxt, təəssüf ki, az miqdarda olur.

Sidikdə yoda baxaraqdan bizim gündəlik nə qədər yod aldığımızı biz artıq tibbdə ölçə bilirik və bu şəkildə də insanlarda nə qədər yod defisit olub olmadığını ölçməyimiz mümkündür. 

Yəni mən yetəri qədər yod alıram fikrində olan insanlara da belə ölçüb baxmaq mümkündür ki, həqiqətən, bu insan yetəri qədər yodla qidalana bilir mi, yod defisiti varmı, yoxmu? Bunu ölçmək mümkündür.

Və bir çox ölkələrdə olunan araşdırmalar göstərir ki, təəssüf ki, əhalinin böyük hissəsi yodla daha az miqdarda qidalanırlar.  Bu da təbii ki ən başda qalxanabənzər vəzdə,yanaşı olaraq da başqa vəzlərdə problemlər ortaya çıxarır.

İkincisi selendir ki, bu da çox yaxşı bir antioksidantdır. Yenə, insanın günlük 75 mikroqram selenə ehtiyacı var.

Davamlı bitkilər torpaqlarda əkildiyinə görə o bitkilərdən biz yetəri qədər selen ala bilmirik. Ona görə məcburuq günümüzdə, müasir dövrdə o seleni həb olaraq qəbul eləməyə. Demək ki, hər bir insanın 75-100 mikroqrama qədər selenə gündəlik ehtiyacı var ki, gələcəkdə qalxanabənzər vəz xəstəliyinə tutulmaq riskini azaltsın.

Və həmçinin bu selenin, yodun bizim hüceyrələr tərəfindən yaxşı mənimsənməsi üçün yanaşı olaraq sink, vitamin E, vitamin D kimi lazım olan mineral və vitaminləri qəbul edə bilərik. Bu da bizim daha uzun müddətli sağlam yaşamağımıza, daha sağlam bir qalxanabənzər vəzə sahib olmağımıza səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir