Categories
COVID-19 REVMATOLOGİYA

Revmatizmal xəstəliyi olanlar COVID-19 peyvəndi ola bilərlərmi?

Günlük klinik praktikamızda bir neçə suallar vardır ki, məhz bu suallar da COVID peyvəndi ilə, vaksinlə bağlıdır ki:

“Doktor, mən vaksini vurdura bilərəmmi?, “Doktor, yanaşı təsiri nə ola olacaq?, “Mənim xəstəliyimi alovlandıracaqmı?”

Revmatizmal xəstəliyi olan, yəni 220-ə yaxın, içində də revmatoid artrit daxil olmaqla, revmatizmal xəstəliyi olan insanlar da COVID peyvəndi etdirə bilər.

İmmun sistemi zəiflədən dərmanlar, yəni immunsupressiv dərmanlar qəbul edən insanlar COVID peyvəndini rahatlıqla vura bilərlər. Çünki o peyvənd canlı peyvənd deyil, ölü bir peyvənddir və iltihaba səbəb ola bilməz. Orqanizmdə aktivliyə səbəb ola bilməz. Rahatlıqla peyvəndlərini vurdura bilərlər.

Olunan peyvənd qətiyyən revmatizmal xəstəlikləri aktivləşdirmir. Bundan tam rahat olsunlar. 

Əksinə immunsupressiv qəbul edən xəstələr, immun sistemləri zatən onların basqılıdır. Ona görə vurulan bu peyvənd əksinə onları ətraf mühitin infeksiyalarından, yoluxmadan birbaşa olaraq qoruyur.

Xəstələrimiz:

“Doktor, vurulan COVID peyvəndi mənə təsir edəcəkmi?”, “İçdiyim dərmanlar peyvəndin effektini azaldacaqmı?”

deyə soruşurlar.

Peyvəndi vurdurmamışdan öncə, təbii ki, bir başa olaraq həkimləri ilə məsləhət etmək gərəklidir.

Nəyə görə? Çünki içdikləri dərmanları bir müddət həkim dayandıra bilər və yaxud da ki zamanını dəyişə bilər. Ona görə həkimləri ilə məsləhət etmək məqsədəuyğundur.

By Dr.Aynurə İsmayılova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.