Categories
NEVROLOGİYA

Alzheimer xəstəliyi

Alzheimer xəstəliyi yaşlılarda rast gəlinən neurodegenerativ bir xəstəlikdir. 

İlk simptomları xəstələrin günlük yaşamlarına təsir göstərəcək unutqanlıqdır. 

Xəstələr tez-tez qoyduqları əşyaların yerlərin tapmaqda çətinlik çəkirlər. Zaman keçdikcə yaxınları xasiyyətlərində və davranışlarında dəyişikliklərin olduğunu söyləyirlər. 

Bəzən zaman və yer məvhumlarında çaşbaşlıq yaranır. 

Danışarkən və yazı yazarkən söz tapmaqda, bəzən çox bəsit qərarları verməkdə belə çətinlik çəkə bilirlər. 

Bu ilkin mərhələ Alzheimerdə görülən simptomlardır. Daha sonrakı mərhələlərdə isə halusinasiyalar, ağır davranış pozğunluqları, qidalanmada çətinlik çəkmə, hərəkət məhdudiyyəti kimi problemlər ortaya çıxır.

Alzheimer xəstəliyində kimlər risk qrupundadır?

Alzheimer üçün risk faktoruyaşdır: 60 yaş üzəri rast gəlmək ehtimalı 10/100, 85 yaş üstü isə rast gəlmək ehtimalı 50/100-dir.

Qadın toplumunda daha çox rast gəlinir. Bu da qadınların uzun ömürlülüyü, kişilərə nəzərən daha çox yaşaması ilə izah olunur.

Siqaret kimi zərərli vərdişləri olan insanlarda, ürək-damar xəstəliklərində, yəni hipertoniya, şəkərli diabet, hiperlipidemiya, obezite kimi xəstələrində Alzheimer riski yüksəkdir.

Aşağı təhsil səviyyəsi olan, intellektual səviyyəsi aşağı olan insanlar bu xəstəlik üçün risk qrupuna daxildir. 

Vaxtında müalicə olunmamış və gec qalmış depressiyası olan, kəllə-beyin travması keçirmiş insanlar və genetik meylin özü də risk qrupuna aiddir.

Günümüzdə Alzheimerin tam müalicəsi varmı?

Alzheimer xəstəsi gəlibdir və biz bu xəstəni əvvəlki vəziyyətinə tam olaraq geri qaytara bilirikmi?

Əfsuslar olsun ki, xeyr. Amma müalicə olunmuş və müalicə olunmamış Alzheimer xəstələrini müqayisə etdiyimiz zaman böyük fərq ortaya çıxır.

Əgər vaxtında diaqnoz qoyulsa və əlimizdəki dərman vasitələri ilə Alzheimer xəstələrini müalicə etsək, biz xəstəliyin pisə doğru inkişafını ləngitmiş oluruq. Yəni bu proses uzanmış olur. Bir növ həm xəstələrin, həm də xəstə yaxınının həyat keyfiyyəti yaxşılaşmış olur.

Alzheimerə qarşı qoruyucu tədbirlər

Tək müalicə vasitələrində dərmanlar deyil, o cümlədən qoruyucu tədbirlərə də önəm vermək lazımdır. Bu qoruyucu tədbirlər vasitəsilə biz xəstəlikdən tam özümüzü sığortalamasaq da, ən azından olacaqsa belə, bunu 10-15 il uzatmış oluruq.

Nə etmək lazımdır?

Fiziki və zehni fəaliyyət

Yəni fiziki fəaliyyət dedikdə günlük gəzinti, hər gün gündəlik gimnastika etmək, necə ki normal hər bir insana hər zaman məsləhət görürük, Alzheimer xəstəliyi üçün də bu bir qorunma faktoru sayılır.

Zehni fəaliyyət üçün isə beyin gimnastikası mütləqdir və zehni aktivləşdirmək üçün, gündəlik mütaliə etmək, özəlliklə detektiv janrında kitablar oxumağı məsləhət görürük. Yeniliklərə açıq olmaq, imkan varsa, yeni dil öyrənmək hətta… Və yaxud da şahmat oynamaq, puzzle çözmək, krossvordlar, özəlliklə, sudoku tərzində krossvordlar həll etmək zehni fəaliyyəti və beyin məşqi üçün yaxşı vasitələrdir.

Sağlam qidalanmaq 

Araşdırmalara görə yağ və şəkərdən çox istifadə edən toplumlarda Alzheimera rast gəlmə ehtimalı daha çoxdur. Yuxu, normal yuxu, 6-8 saat arasında olan yuxu Alzheimer üçün bir qoruyucu tədbir hesab olunur.

Günümüzün ən vacib məsələsi – Sosiallaşmaq

Alzheimer xəstələri də, ümumiyyətlə insanlar da cəmiyyətdən uzaq qalmamalı, hər zaman toplum içində olmalıdırlar. Çünki ünsiyyətə ehtiyac var. Ünsiyyət olduğu təqdirdə fikirlərin kasadlaşmasının da qarşısını almış oluruq və bir növ Alzheimer xəstəliyinə qarşı qoruyucu tədbir görmüş oluruq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir