Categories
TERAPİYA

Check-up müayinə nədir, kimlər üçündür?

Heç bir sağlamlıq problemi olmayan, praktik sağlam insanlarda ortaya çıxma ehtimalı olan xəstəlikləri zamanında aşkarlamaq və önləmək məqsədi ilə yaş, cinsiyyət, ətraf mühit faktorları, peşəsi, zərərli alışqanlıqları və ailəvi genetik xüsusiyyətləri də nəzərə alınaraq həyata keçirilən sağlamlıq kontroluna check-up deyilir.

“Check-up”da əsas məqsəd irəliləmiş mərhələdə müalicəsi çətin olan, mümkün olmayan və ya müalicəsi yüksək maddi vəsait tələb edən xəstəlikləri erkən mərhələdə aşkarlayıb müalicə etməkdir. 

Check-up bilinənin əksinə sadəcə laborator analizlərindən ibarət deyil, həkim müayinəsi, laborator analizlər, radioloji müayinələr və digər yardımçı müayinə vasitələri istifadə olunaraq həyata keçirilən kompleks bir sağlamlıq dəyərləndirməsidir. 

Yaşa və cinsə uyğun check-up müayinələri

Check-up yaş və cinsiyyətə görə fərqliliklər göstərə bilir. 

20-40 yaş kişi və qadınlar üçün check-up müayinələri

Belə ki, 20-40 yaş arası qadınlarda check-up zamanı ümumi həkim müayinəsi, təməl qan analizləri, ağciyər rentgeni, sidiyin ümumi analizi və ginekoloji müayinə, eyni zamanda süd vəzi müayinəsi də buraya daxil edilir.

20-40 yaşında kişilərdə isə ümumi həkim müayinəsi, təməl qan analizləri, sidik analizi və ağciyər rentgeni kifayət edir.

40 yaş üzəri kişi və qadınlar üçün check-up müayinələri

40 yaş üzəri qadınlarda isə ümumi həkim müayinəsi, təməl qan analizləri, sidiyin ümumi analizi, ağciyər rentgeni, EKQ, nəcisdə gizli qan, ginekoloji müayinə və mammoqrafiya edilməlidir. 

Kişilərdə isə ümumi həkim müayinəsi, təməl qan analizləri, ağciyər rentgeni, sidiyin ümumi analizi, EKQ, nəcisdə gizli qan və uroloji müayinə tövsiyə olunur.

50 yaş üzəri kişi və qadınlar üçün check-up müayinələri

50 yaş üzəri hər 2 cinsdə irs faktorları və ailəvi genetik xüsusiyyətləri də nəzərə alınaraq heç bir şikayəti olmasa belə, kolonoskopiya, endoskopiya tövsiyə olunur və buradan çıxan nəticəyə görə də periodik müayinələr tövsiyə olunmaqdadır. 

Kişilərdə uroloqa müraciət edərək prostata yönəlik müayinələrdən keçməsi tövsiyə olunur.

Yenə də hər 2 cinsdə əgər diabet varsa, şəkər varsa, təzyiq yüksəkliyi varsa, siqaret çəkmə, ailədə ürək-damar sistemi xəstəlikləri varsa, ildə bir detaylı kardioloji müayinə tövsiyə olur. 

Hər 2 cinsdə əgər obezite varsa, artıq kiloluluq varsa, ailədə ürək-damar sistemi xəstəliyi varsa, siqaret çəkmə varsa, yüksək təzyiqdən əziyyət çəkirlərsə, bu qrup şəxslərə ildə bir detaylı kardioloji müayinə tövsiyə olunur.

Check-up haqqında yanlış təsəvvürlər

Check-upla bağlı doğru bilinən yanlışlar vardır. Elə ki, bir qrup insanlar düşünürlər ki, heç bir şikayətləri yoxdursa, check-up-dan keçməyə ehtiyac yoxdur. Amma bu tamamilə yanlış bir yanaşma tərzidir. Zatən check-up zamanı heç bir şikayəti olmayan insanlarda ortaya çıxma ehtimalı olan xəstəlikləri vaxtında aşkarlamaq hədəflənir.

Digər bir qrup insanlar düşünürlər ki, illər əvvəl check-up-dan keçiblər, heç bir şey çıxmayıb, təkrar check-up-dan keçməyə ehtiyac yoxdur. Amma bu düşüncə də təbii ki, doğru deyil. Çünki o keçdiyi zamanın göstəricisidir. Zaman irəlilədikcə qısa müddət içində 6 ay – 1 il kimi qısa müddətlərdə belə yeni xəstəliklər, yeni problem ortaya çıxma ehtimalı, təbii ki, mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir