Categories
TİROİDOLOGİYA

Qalxanabənzər vəz düyünləri

Bir çox statistikaya görə hər gördüyümüz 10 nəfərin ikisi və ya üçündə qalxanabənzər vəzdə düyün görə bilərik. 

Hal-hazırda günümüzdə ən populyar olan mövzulardan biri qalxanabənzər vəzin düyünləri, bu düyünlərə yanaşma prinsipləridir. 

Bu düyünlər müasir diaqnostik metodlar artdıqca, inkişaf elədikcə, insanların xəstəxanalara getmə faizi artdıqca və insanlar artıq müasir yaşama üsullarına keçdikcə, qidalanması və s. dəyişdikcə təbii olaraq qalxanabənzər vəzdə düyün görülmə riski tezliyi artır.

Hal-hazırda bir çox statistikaya görə hər gördüyümüz 10 nəfərin ikisi və ya üçündə qalxanabənzər vəzdə biz düyün görə bilərik. 

Bunu biz nə ilə görürük? Ən populyar olan, daha əlçatan olan ultrasəs müayinəsi ilə bunları çox rahat təyin eləmək olur. Amma həkim olaraq burada bizim işimiz onları ayırıb bir-birindən seçməkdir. 

Yəni, hamıda düyün rast gəlinə bilər, hər kəsdə biz qalxanabənzər vəzdə bir çox səbəblərdən düyün görə bilərik. Ancaq bu düyünlərin hansı klinik olaraq önəmlidir, hansı, həqiqətən, xəstələr üçün önəmlidir və müalicə olunmalıdır, onu seçməkdə diqqətli olmalıyıq və həmçinin xəstələrimiz də diqqətli olmalıdır.

Xəstələr nəyə diqqət etməlidirlər?

Burada ilk xəstələrimizin diqqət edəcəyi nədir?

Boyun bölgəsində anidən əmələ gələn və ya sürətlə böyüyən bir şişlik hiss edirlərsə, onlar mütləq bir qalxanabənzər vəz ultrasəs müayinəsi ilə yoxlanmalıdır. Onun xaricində əgər hər hansı bir səbəbdən ultrasəs müayinəsi yoxlanışından sonra qalxanabənzər vəzdə düyün aşkar edilibsə, aşkar edilən düyün daha ətraflı incələnməlidir, araşdırılmalıdır. Çünki düyün sayı çox rast gəlinsə də, bütün düyünlər əməliyyatlıq və ya mütləq müdaxilə lazım olan düyünlər siyahısına daxil edilmir. Bu düyünlərin yalnız çox kiçik bir hissəsi, yəni 2, 3 faizi, ən maksimum hallarda da 5 faizi onkoloji ola bilər. Həkim olaraq bizim işimiz həmin qrupu seçib əməliyyata göndərmək, digər qrupu isə ya nəzarətdə saxlamaq, ya da əgər ehtiyac varsa, onları müalicə etməkdir.

Onkoloji şübhəli düyünlərdə əməliyyat tövsiyə edilir.

Əməliyyat olunacaq düyünləri öncədən biz iynə biopsiyası etmədən tərkibini, yəni dəqiqləşdirmədən əməliyyat, adətən, məsləhət görmürük və bu düyünlərin tərkibi bəlli olandan sonra həqiqətən, onkoloji və ya onkoloji şübhəli olduğu bilindikdən sonra biz bu cür xəstələrə əməliyyat tövsiyə edirik ki, bunlar da əməliyyatdan sonra öz həyatlarına davam edirlər. 

Adətən, o qrup xəstələrdə belə hər hansı bir həyatı risk olmur, həyat keyfiyyətlərində çox ciddi bir dəyişiklik baş vermir.

Onkoloji olmayan düyünlərdə yanaşma

Qaldı digər düyünlərə… Digər düyünlərdə isə əgər hormonlar normal qaydadadırsa, onları sadəcə nəzarətdə saxlamaq, əgər hormonlar qaydasında deyilsə, o zaman hormonlara aid müalicələr başlayıb düyünlərin böyüməməsini təmin etmək lazım olur. Çünki bəzi düyünlər və ya bizim ultrasəsdə gördüyümüz düyünlərin bir hissəsi zaman keçdikcə böyüyə bilir və bu böyüyən düyünlər xəstələrdə müxtəlif simptomlar: boğulma, halsızlıq, yorğunluq kimi simptomlar verə bilir.

Düyünlərin rastgəlmə tezliyi son dövrlərdə niyə artıb?

Bunun xaricində tez-tez bizə verilən suallardan biri: “Niyə son zamanlar bu düyünlərin rastgəlmə tezliyinin artmağıdır.”

Burada 2 əsas səbəb var. Birinci səbəb budur ki, bizim gözlə görə bilmədiyimiz və ya xəstənin normal həyatda hiss edə bilmədiyi çox kiçik düyünləri artıq ultrasəs müayinəsi ilə çox rahat diaqnostika etmək mümkündür, görmək mümkündür. İkinci səbəbi isə həqiqətən, bu qədər çoxmu idi 50 il bundan öncəsində və ya 60 il bundan əvvəlkinə nisbətən indiki düyünlərə rastgəlmə tezliyi? O mövzuda əlimizdə çox ciddi vasitələr olmasa da, çox ciddi məlumatlar, mənbələr olmasa da, ancaq görünən odur ki, bəli, xəstəliklər necə ki, son 20 ildə bu qədər sürətlə artmağa başladı həmçinin qalxanabənzər vəzin düyünlərində də rastgəlmə tezliyi artmağa və rastgəlmə yaşı artmağa başladı.

Yəni bir yaşından tutun yuxarı yaşlara qədər, 60, 70 yaşlara qədər hər qrupda artıq biz qalxanabənzər vəzdə düyünlər görməyə başladıq. 

Bunun təbii ki, ətraf mühit amilləri və bizim həyat tərzimizlə də bir əlaqəsi var. Bu əlaqələr nədir? Yediyimiz qidalar, ətraf mühitdən olan bizə təsirlər, radiasiya kimi təsirlər bizim qalxanabənzər vəzimizdə düyünlərin əmələ gəlməyinə səbəb ola bilər.

Bəs biz bu nöqtədə nə cür edə bilərik, necə edə bilərik ki, bu düyünlər ya əmələ gəlməsin, əmələ gəlibsə də, nə qədər təhlükəsiz olsa da, böyüməsin?

Qalxanabənzər vəz düyünlərinin qarşısının alınması

Mütləq diqqət edəcəyimiz şeylərdən biri qanımızda olan bəzi minerallar və yodun normal olub-olmamasıdır. Ondan başqa qidalandığımız vasitələrdə şəkərin bütün düyünlərin böyüməyinə səbəb olan qlükoza ilə bizim nə qədər kontaktda olmağımızdır və daha yeni, son araşdırmalarda görülən qlüten, yəni yediyimiz əsasən çörəyin içərisində olan – buğdada, arpada, çovdarda gördüyümüz qlütenlə bizim bədənimizdə əmələ gələn düyünlərin müəyyən faizinin əlaqəli olmağıdır. 

Dolayısıyla, biz daha sağlam qidalanaraq, daha düzgün qidalanaraq, daha mikroelementlərlə, lazımı vitaminlərlə zəngin qidalanaraq, əslində bir növ bu cür problemləri də mümkün qədər profilaktika etmiş ola bilərik.

Digər ətraf mühit amillərindən biri təbii ki, stressdir. Stress səviyyəsini azaldaraq yenə də dolayısıyla da olsa həmin düyünlərin böyüməsini önləyə bilərik. 

Bunlar bizim həyatımızda çox önəmlidir. Yəqin ki, müasir tibb inkişaf etdikcə bu mövzuda daha çox məqalələr, daha çox araşdırmalar ortaya çıxacaq və görünən odur ki, bu nöqtələrə diqqət edən insanlar daha sağlam, daha uzun və daha rahat yaşayacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir