Qalxanabənzər vəzin funksional pozğunluqlarını hipotiroidizm və hipertiroidizm olaraq 2 qrupa ayırmaq olar.
Hipertiroidizm qalxanabənzər vəzin funksiyasının artması, yəni bədənin ehtiyac duyacağından daha çox hormon sintez etməsinə deyilir. El arasında “zəhərli zob” da deyirlər buna. Zəhərli zob, yəni hipertiroidizm zamanı əlamətlər, adətən: ürək döyüntüsü, həyacan, stress, əsəbilik, gərginlik, həssaslıq, isti ortamlara dözə bilməmək, düzgün qidalanmaya, balanslı qidalanmaya baxmayaraq, hətta iştahın artmasına baxmayaraq, daha çox qidalanmaya baxmayaraq kilo itkisi ola bilir. Onun xaricində qaraciyər funksiya testlərində pozulma ola bilər, ishal ola bilər, qadınlarda adət düzənsizliyi ola bilir.
Hipotiroidizm isə qalxanabənzər vəzinin funksiyasının azlığına deyilir. Buna el arasında “tiroid tənbəlliyi” də, “qalxanabənzər vəzinin tənbəlliyi” də deyilməkdədir. Bu zaman tam tərsi proseslər baş vermiş olur bədəndə: halsızlıq, gücsüzlük, tez yorulma, kilo artışı, depressiyaya meyillilik, mental funksiyalarda, zehni funksiyalarda zəifləmə, qəbizlik, yenə adət düzənsizliyi, təzyiq yüksəkliyi, ürəyin ritm pozuntuları, yuxu basması, xoruldama, saç tökülməsi və sairə kimi şikayətlər baş vermiş olur.
Qalxanabənzər vəzi xəstəlikləri, ümumiyyətlə, qadınlarda çox görülən xəstəlik qruplarından biridir. Ən çox görüləni hipotiroidizmdir, yəni qalxanabənzər vəzin funksiyasını azlığı. Yaşla birlikdə sıxlığı artmaqdadır. Yaş artdıqca qadın-kişi nisbəti yaxınlaşır bir-birinə. Amma yenə də hər yaşda ən çox qadınlarda görülməkdədir.
Müalicəsinə gəldikdə isə qalxanabənzər vəzi funksional pozğunluqlarında yanaşma funksional pozğunluq tipinə görə dəyişir. Hiperfunksiya zamanı qalxanabənzər vəz funksiyasını zəiflətmək üçün antitiroid dərmanlar dediyimiz dərman qrupları istifadə olunur.
Bunun xaricində radioaktiv yod müalicəsi və cərrahi müalicə var. Bunlar da tipinə görə, yəni düyünlü ur varmı, düyünlü zobdurmu? Zəhərli zob düyünlü formada urla birlikdə ola bilər və ümumi sistemə bağlı olaraq qalxanabənzər vəzinin diffuz olaraq böyüməsinə, sadəcə funksional artıqlığına bağlı ola bilər. Bunlara görə müalicə taktikaları dəyişə bilir. Düyünlü zobdursa, o zaman radioaktiv yod və ya cərrahi müalicəsi seçilir. O zaman dərman müalicəsi çox faydalı olmur.
Qalxanabənzər vəzinin hipofunksiyasının ən sıx səbəbi haşimato xəstəliyi dediyimiz xəstəlikdir.
Haşimato xəstəliyi zamanı immun sistem hüceyrələri qalxanabənzər vəzi hüceyrələrinə qarşı antitel əmələ gətirmiş olur və qalxanabənzər vəzin hüceyrələrində zədələnmə baş verir. Bu zədələnmə sayı artdıqca artıq qalxanabənzər vəzi yetəri miqdarda hormon sintez edə bilmir. Bu zaman da müalicə taktikası sadəcə bu yetərsiz olan hormonu xaricdən qəbul etməkdən ibarətdir.
Eyni zamanda haşimato xəstəliyi zamanı düyün əmələ gəlmə riski də artığına görə ultrasəs müayinə ilə ildə bir izlənmə də tövsiyə olunur.
Dərman müalicəsi, sadəcə hormonal müalicə… Hormonal müalicə alan xəstələrin 3-6 aydan bir kontrol olunması tövsiyə olunur.
Qalxanabənzər vəz funksional pozğunluqlarından hipertiroidizm zamanı yod pəhrizi edilməsi lazımdır, amma hipofunksiya zamanı, xüsusən, hamilə qadınlarda qalxanabənzər vəzi hormonal səviyyəsi nə olur olsun, yod preparatları istifadə olunması tövsiyə olunur. Normalda da istifadə oluna bilər, amma hamilə qadınlarda, xüsusən, diqqət eləmək lazımdır. Günlük 100, 150, 200 milliqram civarında yod istifadə eləmək tövsiyə olunur.
Hiperfunksiya zamanı, yəni hipertiroidizm zamanı müalicə müddəti, bəli, o zaman da uzun müddətli olur. Dərman müailəcisi veriləcəksə, əgər 6 ayla 2 il arasında müalicə müddəti dəyişir. Ondan sonra funksional pozğunluğun düzəlmə səviyyəsinə görə dərman dozası azaldılıb uzun müddət verilə bilər, ya da kəsilib izlənə bilər. Amma erkən mərhələdə, yəni qısa müddət müalicə verilib kəsilmə kimi bir taktika da seçə bilir bəzi həkimlər, amma o zaman təkrarlanma ehtimalı daha yüksək olur. Yəni uzun müddət, 6 ay-2 il arasında müalicə verildiyi zaman təkrarlanma ehtimalı daha az olur.
Amma hipofunksiya zamanı isə məsələn, haşimato xəstəliyi dediyimiz xəstəlik zaman 70-80% hallarda ömür boyu dərman içmək məcburiyyəti olur.
Bir qisim xəstələrdə isə zamanla bədənin hormon ehtiyacı azalıb, ya avtoimmun proses dayandıqdan sonra dərman ehtiyacı olmaya bilər.