Categories
PSİXİATRYİA

İntiharlar

İntihar sadəcə fərdlərin yaşadığı problem deyil. İntihar eyni zamanda o fərdlərin yaxın ətrafının, ailəsinin, çevrəsinin, eyni zamanda cəmiyyətin bir problemidir və çox ciddi bir problemdir. Bu məsələnin ciddiyyətinə diqqət çəkmək üçün bəzi rəqəmlərdən bəhs etmək istəyirəm.

Hər 40 saniyədə 1 nəfər intihardan ölür

Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu il məlumatlarına əsasən dünya üzərində 1 il ərzində, 2009-cu il ərzində 700 mindən çox intihar hadisəsi baş verib. Yəni 700 mindən çox insan intihar nəticəsində ölüb. Bu kifayət qədər böyük sayıdır. Bunu başa düşmək üçün belə demək olar ki, hər 40 saniyədən bir 1 insan həyatını intihar səbəbi ilə itirir.

Azərbaycan və ümumiyyətlə, bizə yaxın ölkələrdə, qonşu ölkələrimizdə bu intihar faizləri diğər ölkələrə nisbətən bir az azdır. Yəni, Azərbaycan hər 100 min əhaliyə intihar sayının 5-dən az olduğu ölkədir. 

İntihardan ölənlərin çoxu kişilərdir

Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu il məlumatına əsasən 2019-cu ildə Azərbaycanda 400-dən çox insan intihar nəticəsində həyatını itirib. Bunların içində böyük əksəriyyətini – 300-dən çox insan kişilər təşkil edir. Bu inanılanın əksinədir. Yəni insanlar daha çox düşünürlər ki, qadınlar arasında intiharlar daha çox olur. Bunun səbəbi odur ki, qadınlar arasında intihar cəhdləri daha çox olur. Qadınlar kişilərdən daha çox intihara cəhd edirlər, amma ölümlə nəticələnən intiharlar kişilər arasında daha çox rast gəlinir. Bu Azərbaycandakı intiharla əlaqəli vəziyyəti diqqətə çatdırmaq üçün dediyimiz bir şeydir.

İntiharlar çox vaxt psixiatrik problemlə bağlı olur

İntihar daha çox kimlərdə olur? Necə olur ortaya çıxır?

Ölümlə nəticələnən intiharlarda 95 faiz altda yatan bir psixiatrik problem olduğu bilinir. Bu, təbii ki, xarici mənbələrdə ortaya qoyulan bir şeydir. Bizim ölkəmizdəki statistikanı bilmirik, amma bunu ümumiləşdirəcək olsaq, yəni ölümlə nəticələnən intiharların 95 faizində psixiatrik bir problem var zəmində. İntihar cəhdlərinin də, təqribən 90 faizdə altda yatan bir psixiatrik problem var.

İntihara ən çox depressiya səbəb olur

Bu psixiatrik problemlərin böyük qismini əhval-ruhiyyə problemləri təşkil edir. Yəni depressiya deyə bilərik buna. Yəni ölümlə nəticələnən intiharların da, intihar cəhdlərinin də böyük qismindən depressiya məsuldur. Əslində depressiyanın effektiv müalicəsi, effektiv qarşısının alınması mümkün olarsa, intihar cəhdlərinin və ölümlə nəticələnən intiharların da qarşısını almaq mümkün ola bilər.

Bununla əlaqəli ümumilikdə psixiatrik xəstəliklərə yanaşmalar necədirsə, bu hallar üçün də eyni yanaşmadır. Yəni psixiatrik xəstəliklər baxımından insanlar bir-birinə qarşı həssas olmalıdırlar, psixiatrik xəstəliklərlə əlaqəli yardım almaqdan, kömək almaqdan çəkinməməlidirlər. Vaxtında bununla əlaqəli kömək almağa çalışmalıdırlar.

İntiharın qarşısını necə ala bilərik?

İntiharla əlaqəli qoruyucu bir şey varmı? Yəni intiharın qarşısını almaq üçün nə eləmək olar? İntiharla əlaqəli ən önəmli qoruyucu faktor bildiyimiz sosial dəstəkdir. Yəni bir-birimizlə yaxın olmaq, yaxşı sosial dəstəyin olması, ailə əlaqələrinin yaxın olması bilinir ki, bu intihardan qoruyan bir şeydir.

Onun xaricində əksər hallarda intihar, psixiatrik problemlərlə əlaqəli olduğu üçün bununla əlaqəli professional dəstək almağa ehtiyac var. Yəni intihardan qorunmanın evdə həll ola biləcək, ya da öz aramızda həll edə biləcəyimiz bir yolu yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir