Categories
TERAPİYA

Helikobakter pilori – diaqnostikası və müalicəsi

Helikobakter pilori bizim həzm sistemimizdə, mədənin selikli qişasında yaşayan bir mikroorqanizmdir. Mədə və onikibarmaq bağırsağın xorasının yaranmasına səbəb yaradan bir amildir, orqanizmdə bizim dispepsiya yaradan bir amildir və ən əsası da mədə və onikibarmaq bağırsağın xərçənginin yaranmasında birinci sinif amillər sırasındadır.  Bildiyimiz kimi mədə xərçəngi xərçənglər sırasında dördüncü, amma xərçəngə bağlı ölümlər sırasında isə ikinci […]

Categories
ANDROLOGİYA

Astenozoospermiya

Mövzumuz astenozoospermiyadır. Hansı ki, bugünkü gün kişi sonsuzluğundan əziyyət çəkən pasiyentlərimizin əksəriyyətinin müraciət elədiyi bir xəstəlikdir.  Astenozoospermiya diaqnozunda necə olur? Spermatozoidlərin millilitrdə sayı normal, yəni kişi cinsi hüceyrələrinin sayı normal, sadəcə olaraq hərəkətliliyində yaranmış olan problemdir. Normal say var, amma aktiv hərəkətdə problem var. Və pasiyentlər də müraciət edirlər, söyləyirlər ki, “bu günə kimi bəs […]

Categories
COVID-19

COVID-19 (Koronavirus) peyvəndləri haqqında son məlumatlar

Dünya üzərində koronavirus peyvəndləri çox sual yaradan, hər kəsin mütləq soruşmaq istədiyi məqamlar olan bir mövzudur. Bir az da qismən yeni və qismən mürəkkəb bir mövzudur. Təsnifatını belə apara bilərik. Dünyada aktiv istifadə olunan koronavirus peyvəndləri 3 fərqli texnologiya ilə istehsal olunur. Ənənəvi peyvəndlər Bunlardan biri illərdir hamımızın uşaqlıqda olduğumuz peyvəndlərin istehsal texnologiyasıdır. Yəni bir […]

Categories
REVMATOLOGİYA

Psoriatik artrit nədir?

Psoriatik artrit, revmatizmal xəstəliklərin bir növüdür. Revmatoid artrit və ankilozan spondilitdən sonra çox yayılmış revmatizmal xəstəliklərdən biridir.  Psoriaz nədir? Hər kəsin bildiyi psoriaz dəri əlamətidir, dəri səpkiləridir. Dəridən qabarıq dirsəklərdə, dizlərdə, eyni zamanda göbək çuxuru nayihəsində, qasıq büküşü nahiyəsində görülən və bununla yanaşı olaraq saçın dəri hissəsində də görülən dəridən qabarıq töküntülərdir. Üzəri ağ mum […]

Categories
STOMATOLOGİYA

Vinir dişlər nədir?

Vinirlər, əsasən, ön dişlərin ön səthinə – vestibulyar səthinə incə lövhəciklər şəklində hazırlanan estetik diş bərpa növüdür.  Bir neçə növləri var: keramik vinirlər, feldspatik vinirlər, farfor vinirlər, zirkon vinirlər, kompozit vinirlər. Biz ən çox bu gün daha estetik nəticələri olan feldspatik və keramik vinirlərdən danışacağıq.  Feldspatik, keramik, kompozit və zirkon vinirlər Ümumiyyətlə, vinirlərdə dişlər çox […]

Categories
GİNEKOLOGİYA

Polikistoz, mioma və polip

Polikistoz xəstələrində problem ovulyasiya pozğunluğudur. Bunu ilk öncə biz dərmanlarla həll etməyə çalışırıq.  Dərmanlarla həll edilmədikdə, ikinci mərhələ, müalicəyə keçirik: Ya iynələrlə, ya da “Laparoskopik Drilling”lə.  Bunlardan da nəticə ala bilmədikdə ən sonuncu mərhələ olan süni mayalanmaya keçirik. Polikistoz xəstəlikləri ilə süni mayalanmada şansımız daha yüksək olur, yumurta ehtiyatımız yaxşı olduğu üçün. Bundan başqa fibroma, […]

Categories
PSİXİATRYİA

Obsessiya və Kompulsiyalar

Obsessiya və kompulsiya nədir? Obsessiya fərdin ağlına gələn, amma onun məntiqinə, inancına, dünyagörüşünə uyğun olmayan fikirlər, obrazlar və yaxud da davranış istəklərdir. Bunlar eyni zamanda güclü narahatlıq və təşviş hissi ilə də müşayət olunur. Fərdin özünə yad olan bir fikir və yaxud da bir obraz ağlına gəlir və bu obraz, ya da fikir ağlına gəldiyi […]

Categories
ANDROLOGİYA

Oğlan övladımızı necə böyüdək ki, gələcəkdə problemlə üzləşməsin?

Kriptorxizmlə doğulan uşaqlar mütləq şəkildə həddi buluğa çatana qədər androloqların nəzarətində olmalıdır. Fərq etməz, yalançı kriptorxizm və ya tam kriptorxizm. Kriptorxizm dedikdə, xayaların qasıq kanalında və qarın boşluğunda izlənməsi, yəni xayalıqda izlənməməsi nəzərdə tutulur. İkincili cinsi əlamətlər formalaşana kimi, ilk spermoqramma testi uşaqlardan götürənə qədər bu uşaqlar ciddi şəkildə müalicə olunmadırlar. Bəzən kriptorxizmdə cərrahi əməliyyat […]

Categories
TERAPİYA

Check-up müayinə nədir, kimlər üçündür?

Heç bir sağlamlıq problemi olmayan, praktik sağlam insanlarda ortaya çıxma ehtimalı olan xəstəlikləri zamanında aşkarlamaq və önləmək məqsədi ilə yaş, cinsiyyət, ətraf mühit faktorları, peşəsi, zərərli alışqanlıqları və ailəvi genetik xüsusiyyətləri də nəzərə alınaraq həyata keçirilən sağlamlıq kontroluna check-up deyilir. “Check-up”da əsas məqsəd irəliləmiş mərhələdə müalicəsi çətin olan, mümkün olmayan və ya müalicəsi yüksək maddi […]

Categories
ANDROLOGİYA

Şəkərli diabet və cinsi zəiflik

Ümumiyətlə, endokrinoloqlara müraciət edən pasiyentlər, hansı ki, şəkərli diabetə düçar olublar, mütləq şəkildə paralel olaraq ömrünün axırına kimi androloji müayinələr və müalicələr almalıdır. Çünki şəkərli diabetə düçar olmuş pasiyentlər vaxtında müalicə almadıqda bunlarda nə baş verir? Əksəriyyəti sərtləşmədən, ümumiyyətlə, natamam ereksiyadan əziyyət çəkirlər. Və bunlar ilk öncə bu problem başlayanda müxtəlif dərman preparatlarından istifadə edirlər, […]