Categories
REVMATOLOGİYA

Revmatizmal dərmanlar niyə uzun müddət içilir?

Revmatizmal xəstəliklər genetik keçən və səbəbi, etiologiyası məlum olmayan xəstəliklərdir. 220-yə yaxın revmatizmal xəstəliklər növü mövcuddur. Hər hansı birinin diaqnozu insana qoyuldusa, insanla sona qədər gedən bir şeydir. Xəstələrdə belə bir sual formalaşır ki, “O zaman sona qədər mənimlə gedəcəksə, niyə uzun müddət mən dərman içməliyəm? Ümumiyyətlə, dərman içməliyəm?” deyə. “Uzun müddət” – “Həyatının sonuna […]

Categories
PSİXİATRYİA

Travma ilə əlaqəli psixiatrik pozuntular

Travma dediyimiz zaman, əlbəttə, burada “psixoloji travma”nı nəzərdə tuturuq. Travmanın nə olduğunu deməmişdən əvvəl “stress”in nə olduğunu deməkdə fayda var. Stress nədir? Stress orqanizmin homeostazını deyirlər də, tarazlığını pozan hər hansı bir faktora stress deyə bilirik. Bu, psixoloji tarazlığı pozan bir şey də ola bilər, fizioloji tarazlığı pozan bir şey də ola bilər. Bu cür […]

Categories
TİROİDOLOGİYA

Qalxanabənzər vəzin funksional pozğunluqları

Qalxanabənzər vəzin funksional pozğunluqlarını hipotiroidizm və hipertiroidizm olaraq 2 qrupa ayırmaq olar. Hipertiroidizm qalxanabənzər vəzin funksiyasının artması, yəni bədənin ehtiyac duyacağından daha çox hormon sintez etməsinə deyilir. El arasında “zəhərli zob” da deyirlər buna. Zəhərli zob, yəni hipertiroidizm zamanı əlamətlər, adətən: ürək döyüntüsü, həyacan, stress, əsəbilik, gərginlik, həssaslıq, isti ortamlara dözə bilməmək, düzgün qidalanmaya, balanslı […]

Categories
NEVROLOGİYA

Alzheimer xəstəliyi

Alzheimer xəstəliyi yaşlılarda rast gəlinən neurodegenerativ bir xəstəlikdir.  İlk simptomları xəstələrin günlük yaşamlarına təsir göstərəcək unutqanlıqdır.  Xəstələr tez-tez qoyduqları əşyaların yerlərin tapmaqda çətinlik çəkirlər. Zaman keçdikcə yaxınları xasiyyətlərində və davranışlarında dəyişikliklərin olduğunu söyləyirlər.  Bəzən zaman və yer məvhumlarında çaşbaşlıq yaranır.  Danışarkən və yazı yazarkən söz tapmaqda, bəzən çox bəsit qərarları verməkdə belə çətinlik çəkə bilirlər.  […]

Categories
COVID-19 REVMATOLOGİYA

Revmatizmal xəstəliyi olanlar COVID-19 peyvəndi ola bilərlərmi?

Günlük klinik praktikamızda bir neçə suallar vardır ki, məhz bu suallar da COVID peyvəndi ilə, vaksinlə bağlıdır ki: “Doktor, mən vaksini vurdura bilərəmmi?, “Doktor, yanaşı təsiri nə ola olacaq?, “Mənim xəstəliyimi alovlandıracaqmı?” Revmatizmal xəstəliyi olan, yəni 220-ə yaxın, içində də revmatoid artrit daxil olmaqla, revmatizmal xəstəliyi olan insanlar da COVID peyvəndi etdirə bilər. İmmun sistemi […]

Categories
TİROİDOLOGİYA

Qalxanabənzər vəz xəstəlikləri niyə çoxalıb?

Dünya modernləşdikcə təbii olaraq stress də artır. Stress artdıqca bəzi xəstəliklər digər xəstəliklərə nisbətən daha çox artmağa başlayır. Bunlardan biri də qalxanabənzər vəz xəstəlikləridir.  Düzdür, tibbdə müayinə metodları da hər gün daha inkişaf edir, bəzi xəstəliklərin erkən diaqnozunu qoymaq çox rahat olur. Ancaq bununla yanaşı xəstəliklərin sayı, ağırlığı da artmağa başlayır. Bunlar bir həkim olaraq […]

Categories
HEPATOLOGİYA

Qaraciyərin toksik və dərman zədələnmələri

Ümumiyyətlə, qaraciyər orqanizmdə bir filter rolunu oynayır. 500-ə yaxın funksiyası var. Bu funksiyaların biri də qaraciyərdə zərərləşdirilmə funksiyasıdır. Biz 1 ildir artıq bu COVID infeksiyasını da geridə qoymuşuq. İnsanlarımız ötən 10 ay müddətində gərəkli-gərəksiz, həkim göstərişi ilə və yaxud da bilavasitə özləri alıb orqanizmin immun qabiliyyətini artırmaq üçün və yaxud da ki, COVID-lə xəstələnmiş xəstələrimizin […]

Categories
PSİXİATRYİA

Psixoz və nevroz nədir?

Əslində psixoz və nevroz heç biri ayrı-ayrılıqda bir xəstəlik deyil. Bunlar müəyyən psixiatrik əlamətlərin, simptomların çərçivə bir anlayışıdır, çərçivə bir tərifidir. Nədir psixoz ya da ki psixotik əlamətlər dediyimiz şey? Nədir nevroz və yaxud da nevrotik əlamətlər dediyimiz şey? Əvvəlcə psixozdan başlamağın daha doğru olacağını düşünürəm, geri qalanı da nevroz olaraq tərif edə bilərik. Psixoz […]

Categories
COVID-19 TERAPİYA

“COVID-19 zamanı immunitetimizi necə gücləndirə bilərik?”

Daha öncədən də quş qripi, donuz qripi kimi belə pandemik, epidemioloji durumlarda insanlar adətən bir qorxuya düşürlər. Qorxuya düşdüyü zaman da qorunma yolları axtarırlar. Qorunma yollarını da adətən ya dərmanlarda görürlər, ya da qida maddələrində görürlər. Xüsusilə də vitaminlərdə görürlər. Amma immuniteti gücləndirmək o qədər də bəsit bir şey deyil.  “Bir vitamin içəcəm immunitetim güclənəcək…” […]